“Hüseyn Abdullayev ölər, ancaq yalvarmaz, sınmaz!” – “Quska”dan ilk açıqlama

18 may 2018
“Hüseyn Abdullayev ölər, ancaq yalvarmaz, sınmaz!” – “Quska”dan ilk açıqlama
Ötən ay Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən sabiq deputat, biznesmen Hüseyn Abdullayev vəkilləri vasitəsiylə ilk müraciətini yayıb. Vəkillər Ruhid Əkbərovla Fərid Həsənov “Qafqazinfo”ya müraciətin mətnini göndəriblər

Açıqlamada deyilir: “Bu günlərdə vəkillərimin verdiyi məlumata görə, bəzi saytlarda mənimlə bağlı absurd, həqiqətə uyğun olmayan xəbərlər dərc edilib. Qısaca onu qeyd edirəm ki, məni tanıyan və xasiyyətimə bələd olan insanlar gözəl bilirlər ki, Hüseyn Abdullayev ömür boyu mərd-mərdanə yaşayıb. Öz xalqına, millətinə xidmət göstərmiş və heç kimin qarşısında əyilməyib, sınmayıb. Mənə qarşı irəli sürülən bütün ittihamları uydurma və əsassız olduğundan rədd edirəm, qəbul etmirəm. Bununla bağlı bir həftə aclıq aksiyası keçirmişəm. Hazırda səhhətim və sağlamlığım normaldır. Normal qidalanıram. Mənə qarşı irəli sürülən ittihamlarla bağlı özümü müdafiə etmək üçün bütün qanuni vasitələrdən istifadə edəcəm.

Guya, mənim qaldığım təcridxanada ağlamağım və bu kimi böhtan xarakterli məlumatlara cavabım ondan ibarətdir ki, Hüseyn Abdullayev ölər, ancaq kimsəyə yalvarmaz, əyilməz, sınmaz”.

Qeyd edək ki, bir neçə il bundan əvvəl Azərbaycandan gedərək Almaniyada sığınacaq alan H. Abdullayev külli-miqdarda vergidən yayınmada ittiham edilərək beynəlxalq axtarışa verilmişdi.
Xəbəriniz olsun

17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?

17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)

16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək

16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar

16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO

16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür

16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM

16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər

16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?

16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

Facebook