Yardımlıda saxta əlillik dərəcəsi verən “qızıl dördlüyün” sərgüzəştləri: Hər kənddə dəllalları var və…

23 may 2018
Yardımlıda saxta əlillik dərəcəsi verən “qızıl dördlüyün” sərgüzəştləri: Hər kənddə dəllalları var və…
Saxta əlillik dərəcələrinin və pensiyaların təyin olunması ölkə boyunca müşahidə olunan ciddi problemdir. Keçmiş rəhbərliyin yaratdığı korrupsioner sistem problemi daha da aktuallaşdırıb. Sözügedən məsələ Yardımlı rayonu üçün də xarakterikdir.
Yardımlı rayonundan Savash.org-un redaksiyasına göndərilmiş şikayətdə iddia olunur ki, 2015-ci ilin sonundan bu yana təyin olunmuş əlillik dərəcələri və müavinətlər araşdırılarsa ortaya çox ciddi qanunsuzluqlar çıxar.
Yardımlıda saxta əlillik dərəcəsi verən “qızıl dördlüyün” sərgüzəştləri: Hər kənddə dəllalları var və…Şikayətçi yazır: “Yardımlı Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin və komandasının qurduğu oyun nəticəsində rayonda kifayət qədər saxta müavinətlər təyin olunub. Yardımlı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Şahbaz oğlu Əkbərov, 31 Saylı TSEK-in Yardımı rayonu üzrə nümayəndəsi Verdiyev Ramin Vaqif oğlu, Yardımlı rayon Mərkəzi Xəstəxanasının diş həkimi Mehman Abbasov və Yardımlı rayon Mərkəzi Xəstəxanasının həkimi və Uşaq komisiyasının sədri Mirəbülfəz Mizrəziz oğlu Məmmədovun birlikdə yaratdıqları sistem indi də “uğurla” fəaliyyət göstərməkdədir”.
Adı çəkilən vəzifəli şəxslərin elektron sistemdən istifadə edərək vətəndaşlara saxta müavinətlər təyi etdiyini bildirən şikayətçi bunun necə reallaşdığının da təsvir edib: “Bütün işlərin başında Rasim Əkbərov dayanıb. Bunlar elerkton sistemden isdifadə edərək vətəndaşlardan 3 min manatdan pul yığırlar ve xəstə olmayan vətəndaşlara saxta əlilik dərərcələri verməklə məşğuldurlar. Onların hər kənddə bir dəllaları var, həmin dəllallar müştəri tapmaqla görəvləndirilib”.
Şikayətçi sonda Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayeva müraciət edərək komissiya təşkil edərək Yardımlı rayonuna ezam etməsini xahiş edir.
Savash.org olaraq bildiririk ki mövzu diqqətimizdədir və məsələylə bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Orxan
Savash.org
Xəbəriniz olsun

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

17.10.2018 - AKP mətbuat katibi Səudiyyə Ərəbistanı konsulunun Türkiyəni tərk etməsi barədə

Facebook