Mərkəzi Bank sabahdan dövriyyəyə 200 manatlıq əsginaslar buraxacaq

23 may 2018
Mərkəzi Bank sabahdan dövriyyəyə 200 manatlıq əsginaslar buraxacaq
Mayın 23-də Mərkəzi Bankda müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanlarının və yeni 200 manatlıq pul nişanının təqdimat mərasimi keçirilib.

AMB-dən virtualaz.org-a verilən məlumata görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin etmək üçün yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul edilib.

Yeni pul nişanının dizaynını ABŞ-ın “Crane Currency” şirkəti hazırlayıb, Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı “Giesecke+Devrient” şirkətində istehsal olunub.

Əskinasın üzərində Heydər Əliyev Mərkəzinin təsviri, mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elementləri, digər milli ornamentlər əks olunub.

Mərkəzi Bank sabahdan dövriyyəyə 200 manatlıq əsginaslar buraxacaqDaha sonra isə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə hazırlanmış xatirə pul nişanı təqdim edilib. Xatirə pul nişanları çəkisi 1 troy unsiyası (31,1 qr) olan yüksək əyarlı qızıldan və platin-qızıl kombinasiyasından ibarətdir.

Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə hazırlanmış xatirə pul nişanı da təqdim olunub. Xatirə pul nişanları çəkisi 1 , ¾ və ½ troy unsiyası olan yüksək əyarlı qızıldan ibarətdir.

Hər iki yubiley pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında istehsal edilib.

Sonda onu da qeyd edək ki, AzərTAc-ın məlumatına görə, yeni 200 manatlıq pul nişanı mayın 24-dən dövriyyəyə buraxılacaq.
Xəbəriniz olsun

16.06.2018 - Zakir Həsənov müharibə anonsu verdi: "Hazır olmalıyıq..."

16.06.2018 - Türk polisi İstanbulda Gülənin qardaşı qızını həbs etdi

16.06.2018 - Mübariz Mənsimov da separatçılıq virusuna yoluxdu: UĞURSUZLUĞUNU ETNİK KİMLİYİNƏ BAĞLAMAQ CƏHDİ

16.06.2018 - Polislər bu olaya xeyli güldü: Narkoman polisə şikayət etdi ki, "mənə saxta "mal" satıblar"

16.06.2018 - Prezident xanımlarının həyat yoldaşları ilə bağlı ETİRAFLARI

16.06.2018 - Ramil Usubov yeni rəis təyin etdi

16.06.2018 - “Lotu Quli” “Avropa obşakı”nı ələ keçirmək istəyir - Dubayda böyük toplantı

16.06.2018 - İCRA BAŞÇISI RADARLARDAN BELƏ “GİZLƏNİR” – Nömrə “Niva”nındır, özü BMV-də gəzir… (FOTO)

16.06.2018 - İŞİD-in öldürmək istədiyi Ronaldunu Rusiyada ciddi qoruyurlar

15.06.2018 - “Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”

15.06.2018 - Paşinyan: "Putin məni İlham Əliyevlə tanış etdi"

14.06.2018 - Millət vəkili özünü biabır etdi: "Barselona"nın oyunçuları "Real Madrid"də oynayır, "Real Madrid" də İsp ...

14.06.2018 - Bakıda qaynana kürəkəni ilə cinsi əlaqədə olan zaman öldü - ŞOK TƏFƏRRÜAT

Facebook