Netanyahu İlham Əliyevi Qüdsə dəvət etdi

01 iyun 2018
Netanyahu İlham Əliyevi Qüdsə dəvət etdi
İsrail Dövlətinin baş naziri Benyamin Netanyahu Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident, əziz dost.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması münasibətilə İsrail hökuməti və xalqı adından səmimi təbriklərimi qəbul edin. Bu çox əlamətdar tarixi hadisəni qeyd etdiyiniz bir zamanda mən Sizə və Azərbaycan xalqına davamlı inkişaf, rifah və uğur arzu edirəm.

İsrail və Azərbaycan arasındakı əlaqələr, sadəcə, qarşılıqlı maraqlar üzərində deyil, eləcə də, iki qədim xalq arasında mövcud olan dərin və davamlı dostluq münasibətləri üzərində qurulub.

Ötən il İsrail və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd etdi. Bizim münasibətlərimiz bir-birinin inancına və adət-ənənəsinə hörmətlə yanaşan və daha firavan və təhlükəsiz gələcək təmin etmək üçün birgə çalışan müsəlmanların və yəhudilərin unikal tərəfdaşlığıdır.

Ölkələrimiz ticarət və enerjidən kənd təsərrüfatı və terrorla mübarizəyə kimi xalqlarımız üçün böyük əhəmiyyət kəsb edən bir sıra sahələrdə əməkdaşlıq edir.

2016-cı ilin dekabr ayında Bakıya səfərimi və mənə göstərdiyiniz isti və gözəl qonaqpərvərliyi heç zaman unutmayacağam. Sizin göstərdiyiniz qonaqpərvərliyə yaxın gələcəkdə Qüdsdə eyni qonaqpərvərliklə cavab verəcəyimə ümid edirəm.

Bir daha Sizi 100 illik yubileyiniz münasibətilə təbrik edirəm”.
Xəbəriniz olsun

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

17.10.2018 - AKP mətbuat katibi Səudiyyə Ərəbistanı konsulunun Türkiyəni tərk etməsi barədə

Facebook