Yasamalın icra başçısından vergilər nazirinə şok şikayət: "Pulu kimə verməliyik başçıya, yoxsa..."

04 iyun 2018
Yasamalın icra başçısından vergilər nazirinə şok şikayət: "Pulu kimə verməliyik başçıya, yoxsa..."
Bu gün Yasamalın icra başçısı postunda 3 ayı tamam olan Əziz Əzizov deyəsən, bu vəzifəsində çox qala bilməyəcək. Hər halda görünəni budur. Və görünəni odur ki, gəldiyi ilk günlərdən Yasamalda xırda ticarət obyektlərini hədəf kimi götürüb, bununla da yüzlərlə sahibkarı az qala dövlətlə üz-üzə qoymağa çalışan Əziz Əziova "yuxarıların" uzun müddətə hövsələ edəcəyi və onu görəvdə saxlayacağı heç də inandırıcı görünmür.

Savash.org-un məlumatına görə, dia.az-a daxil olan son şikayət məktubunda da narazı sahibkarlar bildirirlər ki, Əziz Əzizovun adamları onları obyektlərini sökəcəkləri ilə hədələyirlər. Sahibkarlar dia.az-a yazır:

"Əziz müəllimin bəlkə də xəbəri yoxdur, bəlkə də onun təyin etdiyi yeni işçiləri bunu özbaşına edirlər. Amma fakt odur ki, bu gün Şərifzadə küçəsi boyunca bütün obyektlərə icra hakimiyyətinin adamları yaxınlaşır, obyektlərin sənədlərini təftiş edir, əlavə narahatçılıq yaradırlar. Əvvəllər belə şeylər olmazdı. Yəqin Əziz Əzizov öündən əvvəlki başçının dövründə baş verən hansısa qanunsuzluğu aşkarlamaq istəyir. Amma bunun üçün bütün sahibkarları "silis"ə çəkməyin nə adı var?"

Sahibkarlar dia.az-a müraciətlərində onu da bildirirlər ki, bir balaca narahatçılığı olanlar başçının adamlarına şirinlik verərək canlarını qurtarır: "Bu, total xarakter alıb. və davamlıdır. Əgər belə olacaqsa, biz Əziz Əzizovdan vergilər naziri Mikayıl Cabbarova şikayət edəcəyik. Çünki vergini bir nəfər yığmalıdır. Hər gələn yox. Cənab nazir də bizə izah etsin ki, pulu vergilərin işçisinə verməliyik, yoxsa Əziz Əziovun adamlarına".
Xəbəriniz olsun

11.10.2018 - Rusiya Avropa Şurasından çıxarıla bilər - Xəbərdarlıq

11.10.2018 - SSRİ-nin 5 qəpiyinin sahibi milyoner ola bilər: Diqqətlə baxın...

11.10.2018 - Paşinyan istefa verəcəyi günü açıqladı

11.10.2018 - “Korrupsiya dalğaları” Rauf Vəliyevin gəmilərini silkələyir - İTTİHAM

11.10.2018 - Taleh Qaraşovun Lənkərandakı idarəçiliyinə etiraz: "Rəzilliyin ünvanı..."

11.10.2018 - Zamirənin Londonda müsadirə edilən mülkləri, qolf klubu, özəl təyyarəsi... - FOTOLAR, İLK DƏFƏ

10.10.2018 - DİN Bakıda uşaqların "orqan mafiyası" tərəfindən "qaçırılması" iddiaları haqda

10.10.2018 - Kənan Məmmədov prezidentin siyasətinə qarşı: Bakı gömrüyü rəisinin “karandaş əməliyyatı”

10.10.2018 - “Nar”la bağlı suallara cavab ver və 250 danışıq dəqiqəsi qazan

10.10.2018 - İlham Əliyev: Tütün bitməyən ölkələr bizə siqaret ixrac edirlər, bu, dözülməzdir...

10.10.2018 - Serj Sarkisyan geri çəkildi, Paşinyan seçkiyə gedir

10.10.2018 - Rasim Məmmədov özünə zirehli maşın aldı - 1 milyon dollara (FOTO)

10.10.2018 - Bakı məktəbində 6-cı sinif şagirdi qaz balonu tətbiq etdi, 8 şagird xəstəxanaya aparıldı

Facebook