Tbilisidə kütləvi tətil başladı

04 iyun 2018
Tbilisidə kütləvi tətil başladı
Tbilisi Metropoliteninin maşinistləri kütləvi tətilə başlayıblar.

“Sputnik” agentliyinin məlumatına görə, maşinistlər hökumətdən əmək haqlarının artırılmasını tələb edirlər. Tətili maşinistlərin həmkarlar ittifaqı olan “Ertoba 2013” təşkil edib. Maşinistlər tələbləri yerinə yetirilməyənə qədər etiraz edəcəklərini açıqlayıblar.

Etiraz aksiyası artıq metropolitenin fəaliyyətini iflic edib. Tbilisi meri Kaxa Kaladze isə maşinistlərin etirazını kəskin tənqid edən bəyanat yayıb. O bu etirazları Gürcüstan xalqına qarşı şantaj adlandırıb.

Kaladze maşinistlərin tətili zamanı əhalinin avtobuslardan pulsuz istifadə edə biləcəklərini deyib.

Qeyd edək ki, Tbilisi Metropoliteni maşinistlərinin sayı 240 nəfərdir. Onların hazırda hər saatı üçün əmək haqqı 7 laridir (2,8 dollar). Maşinistlər əmək haqlarının 10 lariyə qədər (4 dollar) artırılmasını istəyirlər.
Xəbəriniz olsun

19.06.2018 - Neft dünyasında İsgəndər Şirəli hökmranlığı: Komleks Qazma İşləri Trestində nə baş verir?

19.06.2018 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi: Səfər Mehdiyev kimdir?

16.06.2018 - Zakir Həsənov müharibə anonsu verdi: "Hazır olmalıyıq..."

16.06.2018 - Türk polisi İstanbulda Gülənin qardaşı qızını həbs etdi

16.06.2018 - Mübariz Mənsimov da separatçılıq virusuna yoluxdu: UĞURSUZLUĞUNU ETNİK KİMLİYİNƏ BAĞLAMAQ CƏHDİ

16.06.2018 - Polislər bu olaya xeyli güldü: Narkoman polisə şikayət etdi ki, "mənə saxta "mal" satıblar"

16.06.2018 - Prezident xanımlarının həyat yoldaşları ilə bağlı ETİRAFLARI

16.06.2018 - Ramil Usubov yeni rəis təyin etdi

16.06.2018 - “Lotu Quli” “Avropa obşakı”nı ələ keçirmək istəyir - Dubayda böyük toplantı

16.06.2018 - İCRA BAŞÇISI RADARLARDAN BELƏ “GİZLƏNİR” – Nömrə “Niva”nındır, özü BMV-də gəzir… (FOTO)

16.06.2018 - İŞİD-in öldürmək istədiyi Ronaldunu Rusiyada ciddi qoruyurlar

15.06.2018 - “Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”

15.06.2018 - Paşinyan: "Putin məni İlham Əliyevlə tanış etdi"

Facebook