“Nar” Göyçay sakinlərini kəsintisiz rabitə ilə təmin etdi

06 iyun 2018
 “Nar” Göyçay sakinlərini kəsintisiz rabitə ilə təmin etdi
Baş vermiş güclü sel ilə əlaqədər olaraq “Nar” Göyçay sakinlərinə pulsuz olaraq öz yaxınları ilə ünsiyyət qurmaları məqsədi ilə 100 ölkədaxili danışıq dəqiqələri təqdim edib. Bundan əlavə, “Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilmiş və hazırda Göyçay sakinləri kəsintisiz mobil rabitə və internet xidmətləri ilə təmin edilib.

Göyçayda mövcud olan “Nar” şəbəkəsi, rayonda baş vermiş təbii fəlakət nəticəsində ərazi üzrə xidmət göstərən mobil rabitə xəttinə qismən ziyan dəyməsinə baxmayaraq atılmış çevik addımlar nəticəsində bölgə üzrə kəsintisiz rabitə xidməti təmin edilib. Hazırda “Nar” şəbəkəsi gücləndirilmiş iş rejimində çalışır və yerli sakinləri stabil mobil rabitə xidməti ilə təmin edir

Qeyd edək ki, Göyçay çayına gəlmiş sel elektrik və rabitə dirəklərini aşırıb, naqilləri, o cümlədən internet kabelini qırıb, çayın üzərindən keçən təbii qaz və içməli su kəmərini dağıdaraq yararsız hala salıb. Sel nəticəsində avtomobil yolları və körpülər ziyan çəkmiş və rayon mərkəzilə nəqliyyat əlaqəsi kəsilib.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Hazırda “Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “P3 Communications” tərəfindən 2017-ci ildə keçirilmiş şəbəkə sınaqları nəticəsində Nar şəbəkəsi “ən yaxşı mobil zəng xidməti” göstərən şəbəkə olaraq tanınır.
Xəbəriniz olsun

23.06.2018 - Azyaşlının xəsarət aldığı uşaq bağçasında iki nəfər işdən çıxarıldı

23.06.2018 - Daha bir pambıq zəhərlənməsi: 6 nəfər xəstəxanalıq oldu

23.06.2018 - Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə təsdiq edildi

23.06.2018 - Oğlu ilə gündəmə gələn Samir Şərifov... - Nazir yazıları dayandırmağa cəhd edir?

23.06.2018 - Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - İDDİA

23.06.2018 - Gəncə Dövlət Universitetində ixtisasdəyişmə imkanı - ELAN+ŞƏRTLƏR

23.06.2018 - "DÇ-2018": Messidən şok qərar

22.06.2018 - Pambıq tarlalarındakı kütləvi zəhərlənməyə görə 5 vəzifəli şəxs həbs edildi

22.06.2018 - Səfir Qüdsi Osmanovun oğlu sərhədi keçərkən saxlanıldı

22.06.2018 - “Nar”-dan “Samsung” smartfonu al, pulun bir hissəsi balansına qayıtsın!

22.06.2018 - Raqub Məmmədovun qardaşından reaksiya: "O adam mən deyiləm..."

22.06.2018 - 20 yaşlı nişanlı qızın iki uşaq atasıyla intim görüntüləri yayıldı - Lənkəranda - (+18) FOTO

22.06.2018 - Xorvatiya millisi argentinalıları darmadağın etdi

Facebook