"Bakirəyəm dedim, dinləmədilər" - Yaşlı kişilərə satılan tələbə qızdan tükürpədən açıqlama

07 iyun 2018
"Bakirəyəm dedim, dinləmədilər" - Yaşlı kişilərə satılan tələbə qızdan tükürpədən açıqlama
Universitet xəyalları ilə İstanbula gələn və fahişəliklə məşğul olan dəstənin əlinə düşən 20 yaşlı gənc qızın açıqlaması eşidənləri dəhşətə gətirib.

Savash.org Milli.Az-a istinadən xəbər verir H.Y. "Bakirəyəm dedim, amma dinləmədilər. 4 min lirə qarşılığında 50-60 yaşlı bir kişiyə məni satdılar" deyib.

Sivasda bir liseyin tibb bacısı bölümündən məzun olan 20 yaşlı H.Y. İstanbulda qəbul olduğu universitetə maddi səbəblərdən gedə bilməyincə bir ticarət mərkəzində işə başlayıb. H.Y. bir rəfiqəsinin vasitəsi ilə Y.A. adlı qadınla tanış olub.

Tələbə qız qollarını ona açan qadının evində qalmaq dəvətini qəbul edib, ancaq bir müddət sonra "bu evə xeyirin dəyməlidir" bahanəsiylə fahişəlik etməsi yönündə təzyiqlərə məruz qalıb. Bakirə olduğunu və bu təklifi əsla qəbul etməyəcəyini söyləməyinə rəğmən, onun adına açılan saxta sosial şəbəkə hesablarındakı intim məzmunlu yazışmaları bəhanə edilərək təhdid edilib. H.Y. "Çox çarəsiz idim, əlimdən bir şey gəlmirdi. Evə gələn kişilərlə yatmadım, ancaq spirtli içki verib, mənə toxunurdular, qarşılığında Y.A.-ya pul verirdilər" deyib.

"ÇILPAQ FOTOLARIMLA TƏHDİD ETDİ"

H.Y. sözlərinə belə davam edib: "Qaçıb, ailəmin yanına sığındım. Ancaq evə gələn adamlarla çılpaq halda çəkilmiş fotolarımla məni təhdid etdi. Yenidən yanına getdim.

Məni tətilə aparacağını söyləyib, Balıkesirdə C.İ. adlı şəxsin yanına göndərdi. C.İ. məni zorladı. Ondan şikayət etdim. C.İ. məni öldürəcəyi ilə təhdid etdi. Y.A. vasitəsi ilə C.İ. məni başqa bir kişiyə satmaq istədi.

4 min lirə qarşılığında 50-60 yaşlı bir adama məni satdılar".
Xəbəriniz olsun

22.10.2018 - "Bank of Baku" qırmızı zolaqda: son 9 ayın nəticələrindən çıxan nəticə...

22.10.2018 - Qardaşların dövləti cinayəti və AQTA-nın şantajı Təhməzlini bitirir

22.10.2018 - Əflatun Amaşov:”Həmişə seçicilərimin yanındayam”

22.10.2018 - Qubada əmisi oğlunun arvadını qaçıran kişi döyülərək öldürülüb

22.10.2018 - Benzin ucuzlaşacaqmı? - Ekspertdən 5 suala cavab

22.10.2018 - Bakıda Mikayıl Müşfiqin qalıqları aşkarlandı - Sensasion fakt

22.10.2018 - Ziya Məmmədovun 35 minə aldığı taksilər “su qiyməti”nə satılır - QİYMƏT

20.10.2018 - Füzuli rayonunda 9 ayın yekunları müzakirə olunub-FOTO

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

Facebook