Trampın vəkili: “Kim Çen In dizi üstə yalvarırdı ki...”

07 iyun 2018
Trampın vəkili: “Kim Çen In dizi üstə yalvarırdı ki...”
ABŞ prezidentinin vəkili, Nyu-Yorkun keçmiş meri Rudolf Culiani iddia edir ki, KXDR lideri Kim Çen In Donald Trampı görüşün keçirilməsi üçün dilə tuturmuş. Virtualaz.org xəbər verir ki, bu barədə məlumatı “The Wall Street Journal” qəzeti yayımlayıb.

Nəşr Culianinin İsraildə etdiyi çıxışdan parçaları dərc edib. Vəkil bildirir ki, daha öncə Tramp görüşün Pxenyanın bəyanatları ucbatından baş tuta bilməyəcəyi barədə söyləmişdi. “Onlar həm də deyirdilər ki, bizimlə nüvə müharibəsinə başlayacaqlar və bu müharibədə bizə qalib gələcəklər. Biz də bildirdik ki, bu halda zirvə görüşümüz baş tutmayacaq”, - Culiani deyib.

Vəkilin sözlərinə görə, bundan sonra Kim Çen In “diz çökərək” Amerika tərəfinə Trampla görüşü ləğv etməmək üçün “yalvarıb”. Culiani əlavə edir ki, “Kim Çen Inı məhz bu vəziyyətə qoymağı arzulayır”.

Nyu-Yorkun keçmiş meri qeyd edir ki, KXDR nüvə silahından yaxa qurtarmağa can atır, lakin “onlar, ola bilsin ki, bunun üçün çox vaxt istəyirlər”. Bundan əlavə, Culiani iddia edir ki, “Fələstin administrasiyası ilə də bu cür hərəkət etmək lazımdır. Onlar sülhə can atmalıdırlar. Siz dinamikanı dəyişməli və onlara təzyiq göstərməlisiniz”.

Bildirildiyi kimi, Trampla Kim Çen In arasında görüş iyunun 12-si Sinqapurun adalarından birində keçirilməlidir.
Xəbəriniz olsun

11.10.2018 - Rusiya Avropa Şurasından çıxarıla bilər - Xəbərdarlıq

11.10.2018 - SSRİ-nin 5 qəpiyinin sahibi milyoner ola bilər: Diqqətlə baxın...

11.10.2018 - Paşinyan istefa verəcəyi günü açıqladı

11.10.2018 - “Korrupsiya dalğaları” Rauf Vəliyevin gəmilərini silkələyir - İTTİHAM

11.10.2018 - Taleh Qaraşovun Lənkərandakı idarəçiliyinə etiraz: "Rəzilliyin ünvanı..."

11.10.2018 - Zamirənin Londonda müsadirə edilən mülkləri, qolf klubu, özəl təyyarəsi... - FOTOLAR, İLK DƏFƏ

10.10.2018 - DİN Bakıda uşaqların "orqan mafiyası" tərəfindən "qaçırılması" iddiaları haqda

10.10.2018 - Kənan Məmmədov prezidentin siyasətinə qarşı: Bakı gömrüyü rəisinin “karandaş əməliyyatı”

10.10.2018 - “Nar”la bağlı suallara cavab ver və 250 danışıq dəqiqəsi qazan

10.10.2018 - İlham Əliyev: Tütün bitməyən ölkələr bizə siqaret ixrac edirlər, bu, dözülməzdir...

10.10.2018 - Serj Sarkisyan geri çəkildi, Paşinyan seçkiyə gedir

10.10.2018 - Rasim Məmmədov özünə zirehli maşın aldı - 1 milyon dollara (FOTO)

10.10.2018 - Bakı məktəbində 6-cı sinif şagirdi qaz balonu tətbiq etdi, 8 şagird xəstəxanaya aparıldı

Facebook