Məmur bir maşın zibili İcra Hakimiyyətinin binası qarşısına boşaltdı - Göyçaydan ŞOK FOTOLAR

07 iyun 2018
Məmur bir maşın zibili İcra Hakimiyyətinin binası qarşısına boşaltdı - Göyçaydan ŞOK FOTOLAR
Göyçayda zibil üstündə icra başçısı ilə "komxoz”un müdiri Loğman Əliyevin arasında böyük qovğa yaşanır.

Əziyət çəkən isə sadə göyçaylılar, məktəblilərdir. "Komxoz”un müdiri bu gün rayon ərazisindən yığılan zibilləri İcra Hakimiyyətinin qarşısındakı yola və 3 saylı məktəbin qarşısına boşaldıb. Ətrafı üfunət bürüyüb.

Məktəbdə təhsil alan uşaqların valideynləri başcı ilə Loğman Əliyev arasında kı, qovğanın pul probleminə, şəxsi münasibətlərin kəskinləşməsinə söykəndiyini deyirlər. Onlar zibillərin məktəbin qarşısında qalaqlanmasına etiraz edir, uşaqlarının xəstəliyə tutula biləcəklərindən ehtiyat edirlər. Loğman Əliyev zibilləri həmin əraziyə boşaltmaqla zibil daşınmasına görə aylarla ləngidilən pulların hesablarına köçürülməsinə nail olmaq istəyir. Pulları isə hesaba köçürməyən Rayon İcra Hakimiyyətidir.

Sakinlər deyirlər ki, az əvvələ qədər Loğman Əliyev icra başçısı Mehdi Səlimzadənin önəm verdiyi kadrlardan olub. Hətta Mehdi Səlimzadə başcı təyin olunandan sonra Loğman Əliyevi rayonda rəhbər işçilərə nəzarət etmək üçün yaradılan komisiyanın rəhbəri təyin edib. Beləcə Göyçay Kommunal Təsərrüfat Birliyinin müdiri rayon Təhsil Şöbəsi, Qaz İstismarı İdarəsi, Gigiyena və Epidemologiya İdarəsi və digər dövlət qurumlarını yoxlamaq səlahiyyəti də qazanıb.

Məmur bir maşın zibili İcra Hakimiyyətinin binası qarşısına boşaltdı - Göyçaydan ŞOK FOTOLARGələn məlumatlar deməyə əsas verir ki, başcı ilə Loğman Əliyevin arasında yaranan zibil qovğasının kökləri dərindir. Başcının ətrafı da hər addımda Loğman Əliyevin üzərinə yerimək fürsətini əldən vermirlər. Belə ki, başçının Səməd adında qardaşı oğlu da bir müddət əvvəl Loğman Əliyevə hamının qarşısında ağır sözlər deyib. Səməd məişət pozğunluğuna görə Bakıda 5 bıçaq zərbəsi almış və ölümcül vəziyyətdə evlərinə gətirilərkən ayılmış şəxs kimi xarakterizə olunur.

Mehdi Səlimzadə başçı təyin olunandan sonra qardaşı oğlunu ilk olaraq H.Əliyev adına Gənclər və İdman mərkəzinə müdir təyin edib. Burada bir neçə ay işlədikdən sonra başçı onu İcra Hakimiyyətinin Hüquq şöbəsinə müdir vəzifəsinə aparıb. Yerinə isə uzun müddət rayonda bazarda kulok satan Səmədin yeznəsi Famil adlı qardaşının kürəkənini müdir təyin edib. Səməd bir müddət əvvəl özünə son model "BMW” markalı maşın alıb. Az 99 SC 999 nömrə nişanlı maşını Loğman Əliyevə göstərib və həmin vaxt digər məmurlardan fərqli olaraq "komxoz” müdiri maşına bəxşiş verməyib. Bu isə Səmədin xoşuna gəlməyib.

Məmur bir maşın zibili İcra Hakimiyyətinin binası qarşısına boşaltdı - Göyçaydan ŞOK FOTOLARLoğman Əliyevə hamının içində "deyəsən bərk gedirsən, gəldiyin yer üçün darıxmısan” deyib. Loğman Əliyev bir neçə ilə əvvəl xuliqanlığa görə həbs olunub və sonradan bəraət alıb. Səmədin Loğman Əliyevin həbsini nəzərdə tutaraq onun üstünə getməsi tərəflərin bir-birinə nalayiq söyüşlər yağdırması ilə nəticələnib. Mehdi Səlimzadənin rayonda özü üçün bazar tikdirdiyi və tikintiyə Loğman Əliyevin köməklik etməməsi səbəbindən tərəflərin münasibələrinin kəskin olduğu deyilir. Loğman Əliyevin Mehdi Səlimzadə yeni başçı təyin olunandan sonra rayondakı qonaq evinin yenidən təmirinə 30 min manat xərcləməsi xəbəri də var. Rayon sakinləri ölkə rəhbərliyindən xahiş edirlər ki, prezidentlə qohum olduğunu həmişə ön plana çəkən Mehdi Səlimzadə və onun harınlamış qardaşı uşaqlarının hegemonluğundan xilas etsin. (cumhuriyyət)
Xəbəriniz olsun

18.08.2018 - Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?

18.08.2018 - Elmar Vəliyevə sui-qəsd - yeni həbslər və təfərrüat

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

17.08.2018 - “Qarabağ” “Şerif”lə nə nə vaxt meydana çıxacaq? - Avropa Liqası

17.08.2018 - Bakıda avtobusda qadına təcavüz edildi: Niyə mənə toxunursan? - VİDEO

17.08.2018 - Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

16.08.2018 - “Rus NATO-su”nda baş katib qovğası – İrəvanın Bakı qarşısında diplomatik fiasko xofu

Facebook