Müsəlmanlarda zəka qıtlığı artır - Xalqların İQ göstəriciləri

11 iyun 2018
Müsəlmanlarda zəka qıtlığı artır - Xalqların İQ göstəriciləri
Nə üçün müsəlmanların İQ indeksi başqa dinlərlə və ateistlərlə müqayisədə çox aşağıdır?

Bir neçə faktlar və qanunayğunluqlar barəsində:

1. Dünya ölkələri içərisində İQ indeksinə görə ilk 7 yeri budddist ölkələr tutur, sonrakı yerlər xristian və yəhudilərə məxsusdur. Sıralamada ən aşağı reyting müsəlman ölkələrindədir. Müsəlman ölkələri içərisində də daha üstün yer keçmiş Sovet müstəmləkəsi və həmçinin xristian təsirli ölkələrə aiddir. İQ indeksinə görə islam ölkələri içərisində İlk yerləri tutan Qazağıstan, Malaziya, Albaniya, Qırğızıstan, Türkiyə – hamısı Rusiya və ya ABŞ-ın təsiri ilə bu nisbətən üstün indeksə nail olmuşlar.

2. Dünya ölkələri içərisində Ateistlərin intelektual səviyyəsi bütün din daşıyıcılarından çox (dəfələrlə) yüksəkdir. 2008-ci ildə məşhur İQ alimi Helmut Nigorun apardığı araşdırmalar göstərdi ki, ateistlərin İQ əmsalı agnostiklərə nisbətən 1,95 bal, liberallara nisbətən 3,82 бал, doqmatiklərə nisbətən isə 5,9 bal çoxdur. Sonralar Nigorun Olster universitetində psixoloq Riçard Linnlə birlikdə 137 ölkədə apardığı geniş tədqiqat göstərdi ki, ümumiyyətlə ateistlərin İQ əmsalı dindarlara nisbətən 6 bal çoxdur və hansı ölkədə ateistlərin payı çoxdursa, orada bu asılılıq daha qabarıq formada özünü göstərir. Dinlər arasında da ən geridə qalanı islamın daşıyıcılarıdı. Ateistlərin payının 50%-dən çox olan ölkələrin hamısı dünyanın ən inkişaf etmiş və ya ən sürətlə inkişaf edən ölkələridi.

3. İQ indeksi ümumi iqtisadi və mədəni inkişafla düz mütənasib asılılıqdadır. İQ indeksi yüksək olan ölkələr ən inkişaf etmiş ölkələrdi və bu göstərici yüksəldikcə sosial-iqtisadi inkişafın sürətlənməsinə gətirib çıxarır.

4. Azərbaycan üzrə İQ göstəricisi çox aşağıdı, qonşu xristian ölkələrdən, dünyanın inkişaf etmiş ölkələrindən, hətta Orta Asiya müsəlman ölkələrindən xeyli geri qalır, bu geriləmə meyli müstəqillik illərində xeyli güclənmiş və mənfi çalarla getdikcə daha da pisləşir.

5. Ən əsas qanunayğunluqlardan biri də İslamlaşma ilə İQ əmsalının tərs mütənasib asılılığıdır. Dünya təcrübəsi göstərir ki, İslamlaşma gücləndikcə İQ əmsalı düşür, uyğun olaraq sosial-iqtisadi inkişaf geriləyir.

6. İQ indeksinin çox aşağı olmasının əsas səbəbləri məntiqli və əsaslandırılmış formada araşdırılır. Bu səbəblər yalnız islamın daxili ziddiyyətləri, mahiyyəti, qaydaları, çoxsaylı məhdudiyyətləri, insan azadlığını və insan hüquqlarını, elm və təhsili ciddi surətdə məhdudlaşdırması ilə əlaqədardı. Hətta, şəriət qaydalarının insanların fiziki və zehni inkişafına, insanların vücud, sağlamlıq, beynin təbii yetişməsinə nə qədər ağır zərbə vurması alimləri ciddi düşünməyə vadar etməlidir. Hər addım şəriət qaydalarının müasir elmlə antoqonost ziddiyyətləri ortaya çıxır. Mənə elə gəlir ki, bu bədbin qanunauyğunluqlar ən çox Azərbaycan ictimaiyyətini və Azərbaycan alimlərini narahat etməlidir.
Xəbəriniz olsun

23.06.2018 - Azyaşlının xəsarət aldığı uşaq bağçasında iki nəfər işdən çıxarıldı

23.06.2018 - Daha bir pambıq zəhərlənməsi: 6 nəfər xəstəxanalıq oldu

23.06.2018 - Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə təsdiq edildi

23.06.2018 - Oğlu ilə gündəmə gələn Samir Şərifov... - Nazir yazıları dayandırmağa cəhd edir?

23.06.2018 - Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - İDDİA

23.06.2018 - Gəncə Dövlət Universitetində ixtisasdəyişmə imkanı - ELAN+ŞƏRTLƏR

23.06.2018 - "DÇ-2018": Messidən şok qərar

22.06.2018 - Pambıq tarlalarındakı kütləvi zəhərlənməyə görə 5 vəzifəli şəxs həbs edildi

22.06.2018 - Səfir Qüdsi Osmanovun oğlu sərhədi keçərkən saxlanıldı

22.06.2018 - “Nar”-dan “Samsung” smartfonu al, pulun bir hissəsi balansına qayıtsın!

22.06.2018 - Raqub Məmmədovun qardaşından reaksiya: "O adam mən deyiləm..."

22.06.2018 - 20 yaşlı nişanlı qızın iki uşaq atasıyla intim görüntüləri yayıldı - Lənkəranda - (+18) FOTO

22.06.2018 - Xorvatiya millisi argentinalıları darmadağın etdi

Facebook