“Nar”-ın dəstəyilə keçirilən “NETTY-2018” mükafatının qalibləri bəlli oldu

11 iyun 2018
“Nar”-ın dəstəyilə keçirilən “NETTY-2018” mükafatının qalibləri bəlli oldu
“Nar” Azərbaycanın milli internet mükafatı “NETTY-2018”-ə dəstək oldu. İnformasiya və kommunikasiya texnologiyalarının inkişafına hər zaman töhfə verən mobil operator bir qayda olaraq, bu sahə üzrə irəli sürülən layihələrə dəstək olmaqdadır.

Azərbaycan milli internet mükafatı olan NETTY 2004-cü ildə təsis edilib. Ümumdünya şəbəkəsinin milli seqmenti və İKT bazarının inkişafı məqsədilə yaradılmış NETTY informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır. NETTY Azərbaycanın ən yaxşı internet layihələri və informasiya texnologiyaları sahəsində çalışan peşəkarları aşkar edərək onları mükafatlandırır.

NETTY Mükafatının qalibləri xüsusi yaradılan Ekspertlər Şurası tərəfindən seçilir. Bu il təsis olunmuş Ekspertlər Şurasının 1000-dən yuxarı üzvü olub. 15-22 may 2018-ci il tarixləri arasında mükafatın nominantlar siyahısını formalaşdıran Ekspert Şurası və Virtual münsiflər heyətinin səsverməsi həyata keçirildi. Ekspert Şurası hər nominasiya üzrə üç nominant seçdi. NETTY-2018 mükafatının qalibləri rəsmi olaraq iyunun 8-də təntənəli mükafatlandırma mərasimində elan edildi.

Müsabiqə çərçivəsində aşağıdakı nominasiyalar üzrə Azərbaycanda ən yaxşı resurslar elan olunacaq: "Azərbaycan", "Dövlət saytı", "Elm və təhsil", "Mədəniyyət və incəsənət", "Cəmiyyət", "İnformasiya və xəbərlər", "Servis-sayt", "Korporativ sayt", "Elektron ticarət sahəsində ən yaxşı layihə", "İdman", "Şəxsi sayt", "Virtual münsiflər heyətinin seçimi", "Facebook”-da ən yaxşı səhifə", “Proqramlar”, “Video”.

Qeyd edək ki, NETTY mükafatının baş sponsoru “Nar” mobil operatorudur. “Nar” korporativ sosial məsuliyyət strategiyasının tərkib hissəsi kimi Azərbaycanda İKT sahəsinin inkişafına və müxtəlif innovativ texnologiyaların, o cümlədən startapların inkişafına yönəlik müxtəlif layihələrə dəstək olur. “Nar”-ın KSM strategiyası haqqında ətraflı nar.az saytından məlumat əldə edə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Hazırda “Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “P3 Communications” tərəfindən 2017-ci ildə keçirilmiş şəbəkə sınaqları nəticəsində Nar şəbəkəsi “ən yaxşı mobil zəng xidməti” göstərən şəbəkə olaraq tanınmışdır.
Xəbəriniz olsun

22.10.2018 - "Bank of Baku" qırmızı zolaqda: son 9 ayın nəticələrindən çıxan nəticə...

22.10.2018 - Qardaşların dövləti cinayəti və AQTA-nın şantajı Təhməzlini bitirir

22.10.2018 - Əflatun Amaşov:”Həmişə seçicilərimin yanındayam”

22.10.2018 - Qubada əmisi oğlunun arvadını qaçıran kişi döyülərək öldürülüb

22.10.2018 - Benzin ucuzlaşacaqmı? - Ekspertdən 5 suala cavab

22.10.2018 - Bakıda Mikayıl Müşfiqin qalıqları aşkarlandı - Sensasion fakt

22.10.2018 - Ziya Məmmədovun 35 minə aldığı taksilər “su qiyməti”nə satılır - QİYMƏT

20.10.2018 - Füzuli rayonunda 9 ayın yekunları müzakirə olunub-FOTO

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

Facebook