2018-ci ilin dövlət büdcəsinin gəlir və xərcləri artırılır

12 iyun 2018
2018-ci ilin dövlət büdcəsinin gəlir və xərcləri artırılır
2018-ci ilin dövlət büdcəsində gəlirlər 22 mlrd. 110 mln. manat, xərclər isə 23 mlrd. 61 mln. manat nəzərdə tutulub.

Bu, “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb. Dəyişikliyə əsasən, 2018-ci ilin dövlət büdcəsində gəlirləri gözlənilən ümumi daxili məhsulun 29,6%-ni təşkil etməklə 22 mlrd. 110 mln. manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 mlrd. 983 mln. manat və ya 9,9%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 mlrd. 593,3 mln. manat və ya 33,9% çoxdur.

Yenidən baxılma ilə xərclərin 2 mlrd. 14 mln. manat artırılaraq 23 mlrd. 61 mln. manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 3,6%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 mlrd. 466,5 mln. manat və ya 31,1% çoxdur.

Artımlardan sonra dövlət büdcəsinin xərcləri cari ilin sonuna gözlənilən ÜDM-in 30,9 faizinə bərabər olacaq ki, bu da təsdiq edilmiş göstəricidən 0,6 faiz-bənd, 2017-ci ilin faktiki icra göstəricisindən 5,8 faiz-bənd çoxdur. (APA)
Xəbəriniz olsun

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

06.12.2018 - Eks-nazir qardaşından şok addım - Girov saxlayıb, hədə-qorxu ilə 140 min alıb

06.12.2018 - Əhməd Əhmədzadənin “EVRASCON”-la müdhiş işbirliyi - İTTİHAM

06.12.2018 - Azərbaycanda “qızıl medallı şagird” burulğanı: söhbət əslində nədən gedir

06.12.2018 - Hüseyn Bağırov babası Mircəfər Bağırovun Müşfiqi öldürməsidən danışdı

06.12.2018 - Nazirlər razılaşdılar, amma nəticə yoxdur - 3 saatlıq Milan görüşü

05.12.2018 - "Samir Şərifov nə demək istədiyini..." - İqtisadçı alimdən maliyyə nazirinə cavab

05.12.2018 - Əli Həsənov: "Məmurun ana dilini bilməməsi onun qəbahətidir"

Facebook