İŞİD-in öldürmək istədiyi Ronaldunu Rusiyada ciddi qoruyurlar

16 iyun 2018
İŞİD-in öldürmək istədiyi Ronaldunu Rusiyada ciddi qoruyurlarRusiyada keçirilən dünya çempionatında İspaniya yığmasının qapısına dünənki het-trikin müəllifi Kriştianu Ronaldunun təhlükəsizliyini keçmiş MMA döyüşçüsü Qonsalo Salqado və öküz əhliləşdiricisi Nunu Marekoş təmin edirlər.

Hər iki mühafizəçi peşəkardır və uzun illərin təcrübəsinə malikdir. Salqado və Marekoş eyni “kontorda” çalışırlar və dünyanın ən yaxşı oyunçusunu üç həftə əvvəl Kiyevdə Çempionlar Liqasının finalında da müşayiət ediblər. Onlar orada matçdan sonra hətta meydana da çıxıblar.

Qeyd edək ki, son bir neçə ayda Kriştianu İŞİD-dən ölüm təhdidləri alırdı və bu səbəbdən də onda Ukraynaya, indi isə Rusiyaya müdafiəsiz yollanmağa risk etməyib.

İŞİD-in öldürmək istədiyi Ronaldunu Rusiyada ciddi qoruyurlarXatırladaq ki, İŞİD-in sosial mediada paylaşdığı fotolardan birində gözünün altı qaralmış Ronaldo diz çökmüş vəziyyətdə təsvir olunub və başının üstündə əli bıçaqlı terrorçu dayanıb. Fotonun üstündə isə "Söylədiklərimiz, duyduğunuz deyil, gördüyünüz şeylərdir. Sadəcə gözləyin. Biz də gözləyirik" yazılıb.

Yeri gəlmişkən, İŞİD bundan əvvəl "DÇ-2018"i Lionel Messi və Neymarla hədələmişdi. Əvvəlcə Messinin dəmir barmaqlıqlar arasında və gözündən qan axarkən çəkilmiş fotosu paylaşılmışdı. Daha sonrakı fotoda Messi ölmüş vəziyyətdə, Neymar isə diz çökmüş vəziyyətdə təsvir edilmişdi.
Xəbəriniz olsun

18.07.2018 - Əməkdar artistə qarşı 32 min manatlıq dələduzluq

18.07.2018 - İcra Hakimiyyətinin qarşısında özünü yandırmaq istədi – Azərbaycanda

18.07.2018 - Horadizdə pambıqçılığa həsr olunan müşavirə keçirilib

16.07.2018 - Rəsmi Tehran Gəncə hadisələrinə dair bəyanat verdi

16.07.2018 - Tramp Putinlə görüşmək üçün Finlandiyaya getdi

16.07.2018 - DÇ-2018-in ən yaxşıları açıqlandı

16.07.2018 - Gəncə hadisələrinin kölgədəki rejissoru: Tohid İbrahimlinin "Hüseynçilər" dəstəsi

16.07.2018 - ERMƏNİ KƏŞFİYYATÇISI ƏSİR GÖTÜRÜLDÜ – Diversiya cəhdi + FOTO

16.07.2018 - Gəncədə polisi qətlə yetirən Rəşad necə zərərsizləşdirilib? - DİN açıqladı

15.07.2018 - Azərbaycanın xüsusi xidmət orqanları Elmar Vəliyevə sui-qəsddə "Qum izi" aşkarladılar

15.07.2018 - Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: həbslər başladı

14.07.2018 - Azərbaycan Milli Demokrat Partiyasının Gəncə hadisələri ilə bağlı bəyanatı

14.07.2018 - Nəsimi rayonunda sakinlər “müdafiə səddi” qurdular: İCRA BAŞÇISI "SƏNGƏRİN O TAYINDA" QALDI

Facebook