Zakir Həsənov müharibə anonsu verdi: "Hazır olmalıyıq..."

16 iyun 2018
Zakir Həsənov müharibə anonsu verdi: "Hazır olmalıyıq..."
İyunun 16-da Müdafiə Nazirliyində nazir, general-polkovnik Zakir Həsənovun rəhbərliyi və kollegiya üzvlərinin iştirakı ilə 2018-ci ilin qış tədris dövrünün yekunlarına dair geniş tərkibdə iclas keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinədn Lent.az-a verilən məlumata görə, tədbirdə müdafiə nazirinin müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə, müstəqil xidmət və şöbə rəisləri, birlik, birləşmə komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kollegiya iclasında hesabat dövründə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzə dinlənilib, son dövrlərdə həyata keçirilən islahatlar, qoşunların döyüş hazırlığının vəziyyəti, xidməti və digər məsələlər müzakirə olunub.

Müdafiə naziri 2018-ci ilin qış tədris dövründə Azərbaycan Ordusunun hazırlığının nəticələri və yay tədris dövründə qarşıda duran vəzifələr haqqında geniş məruzə ilə çıxış edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Ordusuna verdiyi qiyməti, göstərdiyi diqqət və qayğını xüsusi qeyd edən Müdafiə naziri Ali Baş Komandanın rəhbərliyi ilə son illər ərzində əldə edilən nailiyyətlərdən danışıb.

General-polkovnik Z.Həsənov cari ildə görülən tədbirlərin təhlilini apararaq döyüş hazırlığı, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, müdafiə sistemi və onun hərtərəfli təminatı məsələlərini, eləcə də düşmənin istənilən təxribatının qarşısının alınması və düşmənə layiqli zərbə endirilməsi məqsədilə 2018-ci ilin yay tədris dövründə qarşıda duran əsas vəzifələri diqqətə çatdırıb.

Müdafiə nazir Silahlı Qüvvələrin 100 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərə hazırlıqla bağlı səlahiyyətli şəxslərə müvafiq tapşırıqlar verib.
Sonda kollegiya iclasının qərar layihəsi müzakirə edilərək qəbul olunub.
Xəbəriniz olsun

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

15.11.2018 - Azərbaycanda nazir xalası qızını Qocalar Evinə yerləşdirdi - FOTO

15.11.2018 - Deputatlardan AzTV və İTV-yə ittiham: "Bizi elə qələmə verirlər ki..."

15.11.2018 - Tramp məmuru Ağ Evdən qovdu

15.11.2018 - Qarabağ əlili: “Böyrəyimi satıb, “Bank of Baku”ya borcu verməliyəm…”

15.11.2018 - Bakıda qətl: Qadın kirayədə qaldığı evdə öldürüldü

15.11.2018 - Əli Həsənovla bağlı şok iddia: milyard manat mənimsəyib - "Qaçqınkom" müdhiş maxinasiyanın üstü açılıb

13.11.2018 - Azərbaycana yadplanetlilərin gəmisi enib? - Foto

13.11.2018 - “Azərbaycanda əməkhaqları çox aşağıdır” - Komitə sədrindən gözlənilməz açıqlama

13.11.2018 - Ərdoğan: “Camal Qaşıqçı öldürülən zaman qeydə alınan səs yazıları dəhşətlidir”

Facebook