Neft dünyasında İsgəndər Şirəli hökmranlığı: Komleks Qazma İşləri Trestində nə baş verir?

19 iyun 2018
Neft dünyasında İsgəndər Şirəli hökmranlığı: Komleks Qazma İşləri Trestində nə baş verir?
Bir neçə gün öncə övlət Neft Şirkətinin Komleks Qazma İşləri Tresti və bu idarənin müdiri İsgəndər Şirəli haqda yazı dərc etmişdik. Bu yazıdan sonra cumhuriyyet.az-a mövzu ilə bağlı yeni faktlar daxil olub. Bu məlumatlardan belə məlum olur ki, başında İsgəndər Şirəliyev adlı bir neftçi-mütəxəssisin olduğu təşkilat ailə qurumuna çevrilib.

Komleks Qazma İşləri Tresti bir tayfanın işğalında
“Neft şirkətində İsgəndər Şirəli erası: Qalmaqallı oliqarxın sonu çatır…” başlıqlı yazımızda bu kadrların bəziləri haqda bəhs etmişdik. İndi isə cumhuriyyet.az olaraq tam siyahını diqqətinizə çatdırırıq:
1) Ramız Ağsyev Loqistik bölümünün baş mühəndisi. Bacısının əri.Əvvələr traktorçu olub.
2)Zaur Qarayev. KQİT-də ekalogiya şpbəsinin rəisi.Qızının əri
3)Anar Məmmədov KQİT-də Mərkəzi Mühəndis Xidmətinin rəisi.Yaxln qohumu
4)İsa Məmmədov KQİT-də Qazma Departamentinin rəis müavini.İsgəndərin qardaşı Vurğunun qızının əri
5)Elvin-2585 saylı özülün təhlükəsizlik texnikasının mühındisi.İsgındərin qardaşı Vurğunun yeznəsi, İsanın bacanağı
6)Anar Loqistika bölümündə İstehsalat Xidmıt Bazasının rəis müavini.Dayısı oğlu
7)Aslan Əhədov Neft -Daşları bölümündı platformada qazma rəisi.Anar Məmmədovun bibisi oölu.İsgəndərin yaxın qohumu
7)Elton Əhıdov Aslanın qardaşı.Nəqliyyatda mühındis
8)Qudası Əli Əmirov adına Neft -Qazçıxarma idarəsinin rəis müavini
9)Umavir Bədəlli Tələbə yoldaşı Abşeron istehsalat bölümünün rəisi
10)Vüsal Bədəlli Umabirin oğlu KQİT-baş metroloğu
11)Umavir Bədəllinin qardaşı Bədirxan Bədəllı KQİT-təhlükısizlik şöbəsinin rəisi.1
12)Umavir Bəddəllinin bacısı oğlu Anar-KQİT -də texnoloq.
Ramiz adlı şəxs İsgəndər Şirəlinin Lap yaxın qohumu.Ələt istehsalat bölümünün rəisi.
14)Mirələkbər Əliyev 75 yaşlı müşavir yaxın qohumu.
15)Hikmıt Hısınov Loqistika bölümünün rəisi Tələbə yoldaşı.
16)Əli İsayev Tələbə yoldaşı KQİT-də Qazma departamentinin rəisi.
17)Fazil Ramazanov KQİT-nin baş mühəndisi.Tələbə yoldaşı.
Və tresdə müxtəlif vəzifələrdə çalışan çoxsaylı Səlyan və Neftçala rayonlarından olan qohumları.Hansıki onların əksəriyyəti Loqistika bölümündə işləyir ki ora giriş qadağandır.

Övladları da işsiz qalmayıb
Qurumla bağlı cumhuriyyet.az-a daxil olan digər bir məlumata görə İ.Şirəli 2012 ci ildə Bayıl-Limanının adını dəyişib oğlu Xəzərin adını qoyub. Ancaq sonradan bu dəyişdirilib. Eyni zamanda İ.Şirəlinin Nülüfər adlı qızı və qardaşı oğlu Yaqub sahildə olan bölümləri və buruqları yeməklə təmin edir. Bu yeməklərin dəyəri gündəlik 3 manat 20 qəpikdir: 3 manat yemək pulu 20 qəpik nəqliyyat haqqı. Redaksiyamıza verilən məlumata görə fəhlələrin yeməklərdən ciddi narazılığı var. Menyuda 100 qramlıq smetan qabında borş və ya sup, makaran və ya vermeşıl olur.

ARDNŞ rəhbərliyi də aldadılır
Trest daxilindəki mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə Trestin rəhbərliyi maliyyə haqq-hesabında da ARDNŞ rəhbərliyini aldadır. Belə ki, guya iş görüldü və bu işə xeyli vəsait xərcləndi deyə, aktlar hazırlanır, pullar silinir. Lakin əslində ortada heç bir iş yoxdur. Mənbə bunun sübutu kimi bir neçə sənədin kserosurətini təqdim etdi. Bu sənədlər bir neçə istismar quyusunun tikintisi və yolun çəkilməsinin başa çatdığını göstərən AKT-lardı. Daha dəqiq desək, bu aktlar Trestə aid olan Cəfərli sahəsində yerləşən 37 nömrəli istismar quyusunun, Lökbatan sahəsindəki 1533 və 1535 nömrəli istismar quyusunun və Buta sahəsindəki 1770 nömrəli istismar quyularının meydançalarının və yollarının tikintisi haqqında aktdır. Quyu tikintisi dedikdə neft quyusu qazılacaq yerin buruq quraşdırılması üçün hazırlanması və ehtiyac olduğu halda buraya gələn yolun gediş-gəliş üçün təmir olunması nəzərdə tutulur. Mənbə deyir ki, burada xərclər ən azı 10 dəfə şişirdilmiş şəkildə göstərlib. Belə ki; Cəfərli sahəsindəki 37 nömrəli quyunun meydança və yolunun tikintisinə çəkilən xərclər: 45900 (qırxbeş min doqquz yüz) manat, Lökbatan sahəsindəki 1533 nömrəli quyunun meydança və yolunun tikintisinə çəkilən xərclər:71500 (yetmişbir min beş yüz) manat, həmin sahədə 1535 nömrəli quyunun meydança və yolunun tikintisinə çəkilən xərclər: 56844 (əllialtı min səkkiz yüz qırxdörd) manat və Buta sahəsindəki 1770 nömrəli quyunun meydança və yolunun tikintisinə çəkilən xərclər: 49079 (qırxdoqquz min yetmişdoqquz) manat göstərilib. Dörd quyunun meydança və yolunun tikintisinə çəkilən xərclər isə ümumilikdə: 223, 323 min manat göstərilib. “Uzun zaman bu sahədə çalışan mütəxəssis kimi bütün adı çəkilən quyularda olmuşam. Bu sahənin mütəxəssisi kimi deyə bilərəm ki, o yerlərə, yəni buruq yerinin hazırlanmasına və yolun təmirinə heç aktda göstərilən məbləğin 10 faizi qədər pul xərclənməyib. Bir çoxunda saxta aktlar tərtib olunsa da yol yerli-dibli çəkilməyib, sadəcə olaraq pullar silinib. Bütün bu aktlar tərtib olunandan sonra ona trestin müdiri İskəndər Şirəli şəxsən imza atıb. Ola bilməz ki, neftçi mütəxəssis kimi o, aktda göstərilən məbləğin gerçək xərcləri əks etdirmədiyini bilməsin. İnanmırsınızsa araşdırma apara bilərsiniz. Əminəm ki, ciddi və dəqiq yoxlama aparılarsa “KQİ” trestinin ağlasığmaz həddə yeyintilərə yol verməsi faktları üzə çıxacaq” –deyə mənbə qeyd etdi. Sonda bildirmək istəyirik ki,Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəliyevin Gülən camaatı ilə əlaqədə olduğu iddia edilir.

Quyruğu görünən milyonlar
Neft dünyasında İsgəndər Şirəli hökmranlığı: Komleks Qazma İşləri Trestində nə baş verir?KQİT-i 2011-ci ildən ULDUZ metrosu yaxınlığında yerləşən biznes mərkəzdə 2016-cı ilin sonuna qədər kirayədə fəaliyyət göstərmişdir. Lakin cumhuriyyet.az olaraq təqdim etdiyimiz aşağıdakı sənədlərdən də göründüyü kimi KQİT-n iki ədəd inzibati binası olmuşdur və illər ərzində həmin 6 və 4 mərtəbəli inzibati binalara təmir adı altında milyonlarla xərc qoyulmuşdur.Sənədlərdən də göründüyü kimi həmin binalar 4-mərtəbəli inzibati bina 1959-cu ildə inşa edilmiş və 15001188-SAP kodu olaraq qiriflənmişdir
ikinci 6-mərtəbəli inzibati bina isə 1969-cu ildə inşa edilmiş və 15001189-SAP kodu olaraq qriflənmişdir.Uzun müddətli axtarışlara baxmayaraq bu inzibati binaların yerləşdiyi ünvanlar müəyyən edilməmişdir.Lakin bu binalara 2010 və 2013-cü illər ərzində küllü miqdarda təmir adı altında vəsait qoyularaq dövrüyədən silinmiçdir.Bunun bariz nümunəsi olaraq aşağıda yazılanlara nəzər salsaq aydın olacaq.
1)1959-cu ildə SAPkodu-15001188-olan inzibati binaya.
a) 2010-cu ildə-278502 manat
b) 2011-ci ildə-61031 manat
d) 2012-ci ildə-182654 manat
q) 2013-cü ildə-40038 manat
CƏMİ-562226 manat
2) 1969-cu ildə SAP kodu 15001189-olan inzibati binaya.
a)2010-cu ildə-1306770 manat
b) 2011-ci ildə-283785 manat
d)2012-ci ildə-128312 manat
q)2013-cü ildə-3916 manat
CƏMİ-1722783 manat.
Neft dünyasında İsgəndər Şirəli hökmranlığı: Komleks Qazma İşləri Trestində nə baş verir?BURADAN AYDIN GÖRÜNÜR Kİ HƏR İKİ İNZİBATİ BİNA ÜÇÜN XƏRCLƏNƏN ÜMÜMİ MƏBLƏĞ: 562226+1722783=2285009(2 milyon 285 min 009 manat) təşkil edir.
Villa və Dövlət Neft Şirkətinin (SOCAR) struktur bölmələrindən biri olan Kompleks Qazma İşləri Trestinə rəhbərlik edən İsgəndər Şirəliyevin ölkə xaricində biznes şəbəki qurması haqda da mediada məlumatlar yayılıb. Bununla bağlı cumhuriyyet.az bildirir ki, İsgəndər Şirəliyev 7-8 il öncə Türkiyədə biznes sahəsi qurmağa başlayıb. İ.Şirəlinin Həzi Aslanov qəsəbəsindəki 3 villasının və Bakıxanov qəsəbəsindəki obyektinin fotolarını sizə təqdim edirik.

Neft dünyasında İsgəndər Şirəli hökmranlığı: Komleks Qazma İşləri Trestində nə baş verir?
Neft dünyasında İsgəndər Şirəli hökmranlığı: Komleks Qazma İşləri Trestində nə baş verir?
Neft dünyasında İsgəndər Şirəli hökmranlığı: Komleks Qazma İşləri Trestində nə baş verir?
Neft dünyasında İsgəndər Şirəli hökmranlığı: Komleks Qazma İşləri Trestində nə baş verir?
Xəbəriniz olsun

12.11.2018 - Daxili İşlər Nazirliyi Şabranda ruhi xəstəni döyüb öldürən “cinçıxardanların” fotosunu yaydı

12.11.2018 - Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi Gəncə-Qazax bölgəsində birgə onkoloji skrininq və elmi-praktik ...

12.11.2018 - Akim Bədəlovun Dövlət Agentliyində “alternativsiz” korrupsiya projeləri

12.11.2018 - Binəqədidə İlqar Süleymanov kabusu: müavin başçıya hökm edir?

11.11.2018 - “ZAMİRƏDƏN SONRA HƏDƏF ANAR MƏMMƏDOVDUR” – Sensasiyalı açıqlama

11.11.2018 - Əli Abbasovun oğlu, Etibar Pirverdiyevin isə kürkəninin Londonda villa və şirkəti üzə çıxdı - FOTOLAR

11.11.2018 - Abşeronlu gənclər Bursada bayraq yürüşü keçirdilər - FOTO

10.11.2018 - Ülkü Ocaqları Azərbaycan şöbəsi Bakıda Qazi Atatürkün heykəli qarşısında anım törəni keçirtdilər - FOTO

10.11.2018 - Zamirə Hacıyevanın ifadəsi üzə çıxdı – “Bu, ərimin…”

10.11.2018 - Norveç Bakıdakı səfirliyini bağlayır

09.11.2018 - Azərbaycan ordusu Naxçıvan istiqamətində yenə irəliləyib, bütün strateji yüksəklikləri tutub

09.11.2018 - "Qarabağ" Ukraynada "Vorskla"nı məğlub etdi: azarkeşlər bir-birinə girdi, işə polis qarışdı

08.11.2018 - “Nar”dan Bayraq Günü münasibəti ilə abunəçilərinə hədiyyə

Facebook