Sabiq nazir özünə məxsus klinikada həkim nəzarətidndədir - YANINA HEÇ KİM BURAXILMIR

20 iyun 2018
Sabiq nazir özünə məxsus klinikada həkim nəzarətidndədir - YANINA HEÇ KİM BURAXILMIR
Xəstəxanaya yerləşdirilən sabiq vergilər naziri Fazil Məmmədovla bağlı gizli məqamlar üzə çıxıb. Criminal.az saytına daxil olan məlumata görə, F.Məmmədov xeyli müddətdir özünə məxsus olduğu iddia olunan Gəncə Beynəlxalq Klinikasında müalicə alır. Vəzifədən çıxarılandan sonra səhhətində ciddi problemlər olduğundan sabiq nazir ciddi həkim nəzarətinə götürülüb. Onun yanına müalicəsinin ilk mərhələsində heç kim buraxılmayıb.

Onun niyə ölkədə müalicə olunmasına gəlincə, iddialar var ki, F.Məmmədovun ölkədən çıxışına qeyri-rəsmi qadağa var. Səbəb isə gizli ödəmə kəsirinin olmasıdır. Buna görə də, müalicə olunduğu klinikaya İsrail və Türkiyədən yüksək səviyyələri həkimlər dəvət olunur.

F.Məmmədovun təyin etdirdiyi sabiq və keçmiş icra başçıları da ona baş çəkməyib. Söhbətlər dolaşır ki, həmin icra başçılarını F.Məmmədov vəzifəyə təyin etdirsə də, onlar vəfasızlıq ediblər. Bunu dönüklük kimi qiymətləndirən də, kreslosunu qorumaq istəyi ilə əlaqələndirənlər var.

Onu da əlavə edək ki, 53 yaşı olan Fazil Məmmədovun hansı xəstəlikdən əziyyət çəkdiyi, müalicə kursunun nədən ibarət olduğu son zamanlara qədər sirr olaraq qalırdı. Mətbuatda yazılanlardan məlum olur ki, F.Məmmədovun səhhətindəki problemlər orqanizmindəki radioaktiv şüalarla bağlıdır. İddiaya görə, keçmiş nazir 1986-cı ildə baş verən Çernobıl qəzası zamanı hərbi mükəlləfiyyətli və gənc kadr kimi ora yardıma gedənlər arasında olub. Səhhətindəki problem də məhz o zamandan başlayıb. Çernobıla yardıma gedənlər və orda xəstəlik tapanlar keçmiş SSRİ ölkələrində qəhrəman kimi qəbul edilsələr və "müharibə veteranı” statusuna malik olsalar da, Fazil Məmmədov bu statusdan heç zaman istifadə etməyib. Əksinə, vaxtilə etdiyi bu fədakarlığı ümumiyyətlə tərcümeyi-halında göstərməyib.
Xəbəriniz olsun

18.09.2018 - İlham Əliyev: "Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir"

18.09.2018 - Putin Ermənistanda Köçəryan və Sarkisyanla görüşəcək

18.09.2018 - “Nikoil Bank”ın axtarışda olan sabiq sədri Moskvada saxlanılıb

18.09.2018 - Azərbaycanda direktorla müəllimlər saçyolduya çıxdılar – Video

18.09.2018 - İranda Xəzər dənizinin adını dəyişirlər

18.09.2018 - Qardaşlarının yanında kişi ilə yatdı, videoya çəkdi, sonra... - Ağcabədidə AĞLASIĞMAZ DƏHŞƏT

18.09.2018 - Ata və oğul birləşib idmançını öldürdü – Sumqayıtdakı qətlin təfərrüatı

18.09.2018 - Baş redaktor tanımadığı şəxs tərəfindən təhdid olunur-FOTO

18.09.2018 - Hikmət Hacıyev PA-da yüksək vəzifəyə təyin olundu

17.09.2018 - Soçidə Ərdoğan-Putin görüşü başa çatdı

17.09.2018 - Prezidentin mətbuat katibi: İlham Əliyevin oğlu haqda Paşinyanın sözləri axmaqlıqdır

17.09.2018 - Kamaləddin Heydərov yatağa düşdü, xaricə apardılar: Paradda bu səbəbdən iştirak etməyibmiş...

17.09.2018 - Başçı işçisinin qızını söydü, əri gəldi, dava düşdü- Beyləqanda

Facebook