Ərdoğan koalisiya hökumətinin anonsunu verdi

21 iyun 2018
Ərdoğan koalisiya hökumətinin anonsunu verdi
Türkiyədə keçiriləcək 24 iyun prezident və parlament seçkilərilə bağlı sorğuların nəticəsi göstərir ki, hazırkı prezident Rəcəb Tayyip Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyası (AKP) 600 mandatlı parlamentdəki çoxluğunu itirə bilər.

Azvision.az xəbər verir ki, bir sıra investorlar seçkilərdən sonra Türkiyədəki siyasi proseslərin dalana dirənəcəyindən narahatdır. AKP parlamentdəki üstünlüyü qorub saxlaya bilməsə, hökumətin formalaşdırılmasında çətinlik yarana bilər.

Lakin Ərdoğan bu məsələdə heç bir problemin olmayacağına əmin edərək, koalisiya hökumətinin anonsunu verib.

“Əgər 300-dən az yer qazansaq, o zaman koalisiya üçün axtarışa çıxacağıq”, – deyə Ərdoğan bildirib. Lakin onun fikrincə, AKP-nin parlament çoxluğunu itirmə ehtimalı olduqca azdır.

Ərdoğanın partiyası ilə “Cümhur İttifaqı” quran Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı bundan əvvəl bəyan etmişdi ki, əgər AKP ilə MHP parlamentdə çoxluq qazana bilməsələr, yeni seçkilər keçirilə bilər. Müxalif Cumhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə koalisiya təklifini rədd edib.

Qeyd edək ki, AKP Türkiyədə hakim partiya olduğu 16 il ərzində parlamentdəki üstünlüyünü qoruyub saxlayıb. Yalnız 2015-ci ilin iyun seçkilərində AKP çoxluq qazana bilməyib. Lakin o zaman koalisiya hökuməti formalaşdırmaq mümkün olmadığından noyabrda təkrar parlament seçkiləri keçirilib və partiya deputat yerlərinin sayına görə yenidən lider olub.
Xəbəriniz olsun

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

19.09.2018 - İki Koreya arasında tarixi razılaşma

Facebook