Gəncə Dövlət Universitetində ixtisasdəyişmə imkanı - ELAN+ŞƏRTLƏR

23 iyun 2018
Gəncə Dövlət Universitetində ixtisasdəyişmə imkanı - ELAN+ŞƏRTLƏRAzərbaycan Respublikası Təhsil Nazirliyi
Gəncə Dövlət Universiteti
2018/2019-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla əyani formada
yenidənhazırlanma (ixtisasdəyişmə) təhsili almaq üçün dinləyici qəbulu
elan edir


1. Fizika müəllimliyi
2. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
3. Riyaziyyat müəllimliyi
4. İnformatika müəllimliyi
5. Xarici dil müəllimliyi (İngilis dili)
6. Məktəbəqədər təlim və tərbiyə
7. İbtidai sinif müəllimliyi
8. Kimya müəllimliyi
9. Biologiya müəllimliyi
10. Tarix müəllimliyi
11. Coğrafiya müəllimliyi

Yenidənhazırlanma təhsili müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Gəncə Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 16 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası»na uyğun olaraq ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə müsabiqədə iştirak edə bilərlər.

Yenidənhazırlanma təhsili almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- rektorun adına ərizə;
- ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notariat qaydada təsdiq edilmiş surəti;
- 3x4 ölçüdə 2 ədəd rəngli fotoşəki;.
- sağlamlıq haqqında arayış;
- şəxsiyyət vəsiqəsinin surəti;
- Təhsil haqqını ödəmək üçün öhdəlik müqaviləsi.

Yenidənhazırlanma təhsili almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə əsasında təhsil haqqı ödənilməklə yenidənhazırlanma təhsilinə qəbul edilirlər. Dərslər noyabr ayının 1-dən başlanır. Təhsil müddəti 8 aydır.
Qeyd: Sənədlər 01 iyul 2018-ci il tarixdən (istirahət günlərindən başqa) sentyabr ayının 31-nə qədər saat 10:00-dan 17:00-dək GDU-nun V tədris binasında (otaq 25 ) qəbul edilir.

ÜNVAN: AZ 2000, Gəncə şəhəri, Cavad bəy Rəfibəyli 57
Gəncə Dövlət Universiteti, V tədris binası

Telefon: (022) 264 – 24 -44, (055)296-66-86,(051)765-01-51

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI


GƏNCƏ DÖVLƏT UNIVERSITETI

2018/2019-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə (təkrar) ali təhsil almaq istəyənlər üçün əyani və qiyabi təhsil forması üzrə
SƏNƏD QƏBULU ELAN EDIR:

Əyani təhsil forması üzrə: Gəncə Dövlət Universitetində
fəaliyyət göstərən bütün ixtisaslara.
Qiyabi təhsil forması üzrə: 1. Iqtisadiyyat
2. Mühasibat uçotu və audit
3. Tarix
4. Sosial iş
5. Bədən tərbiyəsi və idman
6. Filologiya(Azərbaycan dili və ədəbiyyat)
7. Turizim və otelçilik
Əlavə ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Gəncə Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əlavə ali təhsil müvafiq ixtisas üzrə bakalavriat (və ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.
Əlavə ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- rektorun adına ərizə;
- ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notariat qaydada təsdiq edilmiş surəti;
- əmək kitabçasının surəti;
- 3 x 4 sm ölçüdə 6 ədəd fotoşəkil;
- şəxsiyyət vəsiqəsinin surəti;
- sağlamlıq haqqında arayış.
- Təhsil haqqını ödəmək üçün öhdəlik müqaviləsi

Xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.
Əlavə ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə əlavə ali təhsil almaq üçün seçdiyi ixtisas üzrə tələbələr sırasına qəbul edilirlər.
Təhsil - əyani təhsil formasında Azərbaycan və rus, qiyabi təhsil formasında isə Azərbaycan dilindədir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.
QEYD: Sənədlər 2018-ci il iyu1 ayının 1-dən avqustun 31-dək (istirahət günlərindən başqa) saat 10.00-dan 17.30-dək GDU-nun V tədris binasında Əlavə təhsil fakültəsinin dekanlığında qəbul edilir.
ÜNVAN: AZ 2000, Gəncə şəhəri, Cavad bəy Rəfibəyli 57
Gəncə Dövlət Universiteti, V tədris binası
Telefon: (022) 264 – 24 -44
(055) 296 – 66-86
(051)765-01-51
Xəbəriniz olsun

25.09.2018 - Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi

25.09.2018 - Rusiya XİN bəyanat yaydı, gürcüləri aşağıladı: "ABŞ onlardan “təcrübə dovşanları” kimi istifadə edir"

25.09.2018 - Bakı Yerevanı "ağır nəticələrlə" hədələdi

25.09.2018 - Ramil Usubovdan YENİ TƏYİNAT

25.09.2018 - İsgəndər Həmidov Paşinyanı duelə çağırdı: - “İstədiyi silahı seçsin...”

25.09.2018 - “Lotu Quli”dən Lənkəranskinin varisinə İSMARIC: “Onu diri-diri yandıracam” (VIDEO)

25.09.2018 - “İnstagram”dakı tanışlıq bir ailənin məhvinə səbəbi oldu

25.09.2018 - “Nar” korporativ müştərilərlə növbəti görüş keçirib

25.09.2018 - PUTİN BU GÜN BAKIYA GƏLİR – Danışıqlarda 3 kritik mövzu

24.09.2018 - Paşinyan bunu İLK DƏFƏ EDİR: saatlar sonra Qarabağda müharibə qərarı... - Gözlər Nyu-Yorkda

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

Facebook