Bakıda şəhid qəbirləri niyə dağılıb? - Foto+Video

25 iyun 2018
Bakıda şəhid qəbirləri niyə dağılıb? - Foto+Video
Bir neçə gündür sosial şəbəkələrdə dağılmış əfqan şəhidlərinin qəbirlərinin görüntüləri yayılıb. İddia edilir ki, bu məzarlar bilərəkdən, kimlərsə tərəfindən dağıdılıb.

“Qafqazinfo”nun əməkdaşları bu gün qəbirlərin yerləşdiyi Xırdalan qəbiristanlığında olublar. Məlum olub ki, məzarlığın ən yüksək nöqtəsində yerləşən 7 əfqan şəhidinin qəbirlərinin başdaşı aşmış vəziyyətdədir. Onlar 90-cı illərin əvvəllərində Azərbaycana gələrək Qarabağ müharibəsində döyüşərək şəhid olublar.

Qəbiristanlığın rəhbəri İsamil İsayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, əfqanların başdaşıları 4-5 ildir ki, bu vəziyyətdədir: “O vaxt güclü külək olanda 3 qəbirin başdaşı aşıb sındı. Elə həmin vaxt da onların ictimai birliyinin üzvləri gəlib qalan 4 daşı yerə qoydular ki, aşıb sınmasın. O vaxtdan da belə qalıb. Bu məsələ son günlər gündəmə gələndən sonra polisdən və icradan gəlib baxdılar. Sonra dedilər ki, ictimai birliyin üzvləri harasa müraciət ediblər, pul ayrılacaq. Yaxın günlərdə qəbirlərin üstü və başdaşılar yenidən təmir olunacaq. Amma bizə dəqiq vaxt deyilməyib”.

Qəbiristanlıq ərazisində işləyən şəxslərlə söhbətimiz zamanı bəlli oldu ki, həmin qəbirləri axırıncı dəfə 2008-cı ildə Bakı Şəhər İcra Hakimiyyəti təmir etdirib. Meriyanın Əhaliyə Vətəndaşlıq Trestinin müdiri Cavanşir Tağıyev başdaşılarını qoydurub. Lakin həmin zaman ustalar başdaşının altında bərkidici dəmir şit yerləşdirməyib və mərmərdən olan bir neçə yüz kiloluq daşlar az miqdarda yapışdırıcı ilə yerə bərkidilib. Həmin ərazi də yüksəkdə yerləşdiyi üçün güclü küləyə tab gətirməyib.

Qeyd edək ki, qəbiristanlıq ərazisi 62 hektardır, onun bir hissəsi Bakı Şəhər İcra Hakimiyyətinə, digər hissəsi isə Abşeron rayon İcra Hakimiyyətinə məxsusdur. Əfqan şəhidlərinin qəbirlərindən 5-i meriyanın, 2-si isə Abşeronun ərazisindədir.

Xəbəriniz olsun

16.07.2018 - DÇ-2018-in ən yaxşıları açıqlandı

16.07.2018 - Gəncə hadisələrinin kölgədəki rejissoru: Tohid İbrahimlinin "Hüseynçilər" dəstəsi

16.07.2018 - ERMƏNİ KƏŞFİYYATÇISI ƏSİR GÖTÜRÜLDÜ – Diversiya cəhdi + FOTO

16.07.2018 - Gəncədə polisi qətlə yetirən Rəşad necə zərərsizləşdirilib? - DİN açıqladı

15.07.2018 - Azərbaycanın xüsusi xidmət orqanları Elmar Vəliyevə sui-qəsddə "Qum izi" aşkarladılar

15.07.2018 - Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: həbslər başladı

14.07.2018 - Azərbaycan Milli Demokrat Partiyasının Gəncə hadisələri ilə bağlı bəyanatı

14.07.2018 - Nəsimi rayonunda sakinlər “müdafiə səddi” qurdular: İCRA BAŞÇISI "SƏNGƏRİN O TAYINDA" QALDI

14.07.2018 - Gəncədə Elmar Vəliyevə sui-qəsdin daha bir iştirakçısını həbs etdilər

14.07.2018 - Bakıda lift şaxtaya düşdü: Xəsarət alanlar var

14.07.2018 - Ramil Usubov polis rəislərini topladı

13.07.2018 - Qətlə yetirilən polis polkovniki onunla gəlmək istəyən həmkarına: "Gəncəlilər mənə əl qaldırmaz..."

13.07.2018 - İlham Əliyev: Gəncədəki hadisələrin arxasında xarici güclər durur

Facebook