HACI NURANIN “XƏRÇƏNG ŞOUSU” – Və ya batan hospitaldan səhiyyəyə “poni şıllağı”

26 iyun 2018
HACI NURANIN “XƏRÇƏNG ŞOUSU” – Və ya batan hospitaldan səhiyyəyə “poni şıllağı”
Hacı Nuran kimi tanınan məşhur teleaparıcı Nuran Hüseynovda son günlərdə ağciyər xərçəngi tapıldığı və vəziyyətinin ağır olduğu xəbəri yayılıb. Daha əvvəl də xərçəng xəstəliyindən əziyyət çəkən və Almaniyada ağır müalicə kursları keçdikdən sonra sağalıb, vətənə dönən Hacı Nuranda yenidən xərçəng tapıldığı xəbəri isə bu dəfə müzakirəsiz ötüşmür.

Daha doğrusu, aparacının müalicə aldığı forma və şərait insanlarda onun həqiqətən də xəstə olduğuna dair şübhələr yaradıb, hətta bu addımın onun “müalicə aldığı” “Ege Hospital”ın piar kampaniyası olduğu da iddia edilir. Əslində, bu iddiaları gücləndirəcək məqamlar da az deyil. Məsələn:

HACI NURANIN “XƏRÇƏNG ŞOUSU” – Və ya batan hospitaldan səhiyyəyə “poni şıllağı”1. Azərbaycanda xərçəng xəstəliyinin müalicəsini demək olar ki, yalnız Milli Onkologiya Mərkəzininin həyata keçirdiyi, bu sahənin bu tibb ocağının nəzarətində olduğunu hamı bilir. Hacı Nuran kimi imkanlı şəxs əgər doğrudan da müalicə olunmaq istəsəydi, onda xərçənglə bağlı peşəkarların çalışdığı və bu sahədə ixtisaslaşmış bir ünvana üz tutardı. Nəinki həkim səhlənkarlığına görə ölümləriylə daim gündəmdə olan, reputasiyası tamamilə korlanmış bir özəl xəstəxanaya…

2. Ağciyər xərçənginə tutulmuş şəxsin qorunmalı olduğu iki əsas təhlükə var: toz və tük. Hər iki detal Hacı Nuranın otağına gətirilən yüzlərlə gül və atla pozulub. İkinci detalı sosial şəbəkələrdə tanınmış tibb mütəxəssisləri də yazır. Bildirilir ki, Hacı Nuranın bu formada ziyarət edilməsi onu göstərir ki, “Ege Hospital” rəhbərliyi ya səriştəsizlik gösətərərək xəstəsinin ölümünü sürətləndirir, ya da Nuran Hüseynov xərçəng xəstəsi deyil və bütün bunlar sadəcə və sadəcə adıçəkilən xəstəxananın reklamına hesablanmış ucuz piar kampaniyasıdır.

Bu iddianı gücləndirən məqamlara da diqqət çəkək:

HACI NURANIN “XƏRÇƏNG ŞOUSU” – Və ya batan hospitaldan səhiyyəyə “poni şıllağı”1. “Ege Hospital” Bakıda uzun illər “Grand Hospital” adı ilə fəaliyyət göstərib. Xəstəxana elə bu ay adını dəyişib. Bununla yanaşı, “Grand Hospital” adı altında işlədiyi dövrdəki bütün həkim heyətini də xəstəxanadan qanunsuz olaraq şəkildə işdən qovublar.

2. “Grand Hospital” qəfildən adını və bütün həkim heyətini ona görə dəyişdirdi ki, burada çoxsaylı xəstələr müxtəlif əməliyyatlar zamanı dünyasını dəyişmişdi. Xəstəxana demək olar ki, tamamilə nüfuzsuz hala düşmüşdü və müxtəlif məhkəmə çəkişmələrində idi. Üstəlik, elə bu ilin əvvəlində Vergilər Nazirliyi “Grand Hospital”da vergidən yayınma ilə bağlı araşdırma aparmışdı. Bütün bunları nəzərə alanda məlum olur ki, “Ege”nin – keçmiş adıyla “Grand hospital”ın “Hacı Nuran şou”sunun altında bir reklam kampaniyasının dayanması mümkündür.

Bəs Azərbaycanda kifayət qədər nüfuzu və imkanı olduğu bilinən Nuran Hüseynov bu ucuz reklam kampaniyasına niyə qoşulub? Onu buna nə vadar edib?

“Ege Hospital” rəhbərliyi sosial şəbəkələrdə yayılan bu iddialarla – Hacı Nuranın palatasına at gətirilməsi ilə bağlı aşağıdakı açıqlamanı yayıb: “Bu addım Hacının istəyi idi. O, ağır xəstədi, ponini görmək istəyirdi. Deyirdi ki, əgər yanıma at gətirilməsə, mən özüm onun yanına gedəcəyəm. Ağır xəstənin kiçik arzusunu yerinə yetirmək savabdır. Hacı Nuran Atçılıq Mərkəzi ilə də çalışır. Hacı Nuranın orda öz atı var. Bu poni onundur, adı da Nazlıdır. Hacı Nuran hər gün gedib, atı görürmüş. İcazə olmazdı atı gətirməyə, amma Hacı Nuran kimi xeyirxah insanın bu məqamda arzusunu yerinə yetirmək üçün belə bir addım atıldı. Bir də, Hacı Nuranın yatdığı mərtəbədə ondan başqa xəstə yoxdur. Həmin poni də gigiyenik cəhətdən təmiz idi. Atı çirkli-çirkli gətirməmişik”.

HACI NURANIN “XƏRÇƏNG ŞOUSU” – Və ya batan hospitaldan səhiyyəyə “poni şıllağı”Hospital rəsmisi Türkan Məmmədli xəstənin yanına gələn şəxslərin ayağında baxil olmamasına da münasibət bildirib: “Xəstəxananın içəri girişində ayaqqabı üçün xüsusi yapışdırıcı avadanlıq var. Həmin o aparatla ayaqqabıların altına baxili əvəz etmək üçün xüsusi maddə yapışdırılır”.

Bütün bu iddiaların hansının doğru olduğunu ayırd etmək isə əlahəzrət oxucunun öhdəsinə qalır. Özümüzü bu məsələnin hansısa xəstəxananın reklamı olmadığına inandırmağa çalışaq, əks halda, bir insanın öz ölümcül xəstəliyi üzərindən reklamla və pul qazanmaqla məşğul olduğunu qəbullanmaq daha çətin olar.

Ümid edirik ki, Hacı Nuran da tezliklə müalicəsini bitirər və bu ağır xəstəliyi atladar. Əgər həqiqətən də xəstədirsə…

(Bakipost.az)
Xəbəriniz olsun

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

19.09.2018 - İki Koreya arasında tarixi razılaşma

Facebook