"Ordumuzun əks-həmlə əməliyyatı Ermənistanı nokauta salıb" - Müdafiə Nazirliyi

27 iyun 2018
"Ordumuzun əks-həmlə əməliyyatı Ermənistanı nokauta salıb" - Müdafiə Nazirliyi
"Naxçıvan istiqamətində Ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatı qarşı tərəfi həqiqi mənada nokauta salıb. Ermənistan mətbuatının "Günnüt əməliyyatını” növbəti dəfə müzakirəyə çıxarması bunu bir daha sübut edir”.

Bu barədə bir qrup erməni media nümayəndələrinin guya heç bir şey olmamış kimi cəbhənin həmin istiqamətinə səfər etməsi barədə məlumatı "Report”a şərh edərkən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

"Azərbaycan əsgərinin vurduğu tərs sillədən özünə gələ bilməyən və məğlubiyyəti həzm etmək iqtidarında olmayan Ermənistanın hərbi-siyasi rəhbərliyi xalqının qorxusundan dolayı yollar və müxtəlif uydurmalar hesabına özünə bəraət qazanmağa çalışır. Azərbaycan tərəfinin azad edilmiş ərazilərdən nümayiş etdirdiyi video-foto çəkilişlərə heç bir tutarlı faktla cavab verə bilməyən Ermənistanın məkanı bəlli olmayan, hansısa dağlıq ərazilərə "press-tur”lar təşkil etməkdən başqa bir çıxış yolu qalmır.

Azərbaycan əsgərinin Naxçıvanda azad etdiyi ərazilərə mülki əhalinin qayıtması, bu yerlərdə həyatın yenidən bərpa edilməsi artıq müzakirə olunmayan danılmaz faktdır”, - Müdafiə Nazirliyindən bildiriblər.
Xəbəriniz olsun

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

15.11.2018 - Azərbaycanda nazir xalası qızını Qocalar Evinə yerləşdirdi - FOTO

15.11.2018 - Deputatlardan AzTV və İTV-yə ittiham: "Bizi elə qələmə verirlər ki..."

15.11.2018 - Tramp məmuru Ağ Evdən qovdu

15.11.2018 - Qarabağ əlili: “Böyrəyimi satıb, “Bank of Baku”ya borcu verməliyəm…”

15.11.2018 - Bakıda qətl: Qadın kirayədə qaldığı evdə öldürüldü

15.11.2018 - Əli Həsənovla bağlı şok iddia: milyard manat mənimsəyib - "Qaçqınkom" müdhiş maxinasiyanın üstü açılıb

13.11.2018 - Azərbaycana yadplanetlilərin gəmisi enib? - Foto

13.11.2018 - “Azərbaycanda əməkhaqları çox aşağıdır” - Komitə sədrindən gözlənilməz açıqlama

13.11.2018 - Ərdoğan: “Camal Qaşıqçı öldürülən zaman qeydə alınan səs yazıları dəhşətlidir”

13.11.2018 - Cavid Qurbanov “Hafka” və Ziya Məmmədova qarşı - Məhkəmə işi

Facebook