İlham Əliyev Oqtay Şirəliyevin də sözünü kəsdi

05 iyul 2018
İlham Əliyev Oqtay Şirəliyevin də sözünü kəsdi
"Bütün strateji obyektlərin generatorlarla təchizatı məsələsini öyrənmək lazımdır. İlk növbədə xəstəxanaların və Metropolitenin. Baxmayaraq ki, səhiyyə naziri müşavirədə məlumat verdi ki, bütün xəstəxanalarda generatorlar işləyir, məndə olan informasiyaya görə, bu, həqiqətə uyğun deyil. Bəzi klinikalarda generatorlar işləmir –onlar ya yoxdur, ya da qoşulmamışlar və ya işlək vəziyyətdə deyillər".

Virtualaz.org bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ölkənin energetika sistemindəki vəziyyətə həsr edilmiş bugünkü müşavirədə deyib.

Dövlət başçısı bu barədə ciddi yoxlama aparılmasını və ölkənin bütün xəstəxanalarında işlək vəziyyətdə olan generatorlarla bağlı məlumat verilməsini tapşırıb.

"Metropolitenə gəlincə, burada ümumiyyətlə generator yoxdur və bu olduqca məyusedici faktdır", - Prezident vurğulayıb.

İlham Əliyev enerji qəzaları zamanı problemlər olmasın deyə, Metropolitenin bütün stansiyalarının generatorlarla təchizatı üzrə təkliflər hazırlamaq barədə də tapşırıq verib.

"Bakmetropoliten" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov öz çıxışında bildirib ki, qəzaya görə şəbəkədə enerji təchizatının dayandırılması Bakı metrosunun işində problemlərə gətirib çıxarıb.

Onun sözlərinə görə, birinci blekaut nəticəsində metronun tunellərindən çərşənbə axşamı gecəsi 154 nəfər adam təxliyə edilib.

"Bir gün əvvəl, ölkənin energetika sisteminin ikinci dəfə dayanması zamanı isə metro stansiyalarından və tunellərdən 30 min insan təxliyə edilib", - deyə Z.Hüseynov əlavə edib.
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook