"Anası ermənidir" yalanını ifşa edən fotofakt: YUNİS SƏFƏROVUN "METİRKASI" SAVASH.ORG-da

07 iyul 2018
"Anası ermənidir" yalanını ifşa edən fotofakt: YUNİS SƏFƏROVUN "METİRKASI" SAVASH.ORG-da
Məlum olduğu kimi, sui-qəsd nəticəsində güllələnmiş Gəncənin icra başçısı Elmar Vəliyevin qardaşı, baş prokurorun müavini, respublikanın hərbi prokuroru Xanlar Vəliyev ölkə gündəmində birmənalı qarşılanmayan açıqlaamaya imza atıb.

Savash.org xatırladır ki, o baş vermiş olaydan danışarkən qardaşını güllələmiş Yunis Səfərovun anasının erməni olmasını iddia edib: "Yunis Səfərovun özü və anası ermənidir və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır. İndi bundan nəticə çıxarın. Gülmək, ağlamaq, hirslənmək, xoş söz demək və s. insani emosiyalardır, bu, mümkün olan şeydi. Bizim ailəmizdə aldığımız tərbiyə heç vaxt imkan vermir ki, kimisə söyəsən və ya döyəsən..."

Bu açıqlamadan dərhal sonra ictimai müzakirələr başladı və böyük əksəriyyət məlumatın uydurma olduğunu iddia etsə də, Xanlar Vəliyevin sözlərinin həqiqət olduğuna inananlar da yox deyil.

"Anası ermənidir" yalanını ifşa edən fotofakt: YUNİS SƏFƏROVUN "METİRKASI" SAVASH.ORG-daSavash.org mövzunun həssaslığını nəzərə alaraq kiçik araşdırma aparıb və "Yunis Səfərovun özünün və anasının erməni olması" haqda iddiaların əsassızlığı ortaya çıxıb. Bunun təsdiqi kimi Yunis Səfərovun "doğum haqqında şəhadətnamə"sinin fotosunu əldə etmişik və həmin fotonu dərc etməklə bununla bağlı bütün söhbətlərə nöqtə qoyulacağına inanırıq. Sənəddə Yunis Səfərovun. eləcə də anasının milliyyətcə azərbaycanlı olması qeyd olunub.
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook