Gəncədə qiyamçı bıçaqla polisin düz ürəyindən vurdu

11 iyul 2018
Gəncədə qiyamçı bıçaqla polisin düz ürəyindən vurdu
"Dünən axşam saat 9-a işləmiş qardaşım Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında yerləşən meydanda olub. Bu zaman 60-70 nəfərə yaxın gənc ora çıxıb. Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyevə hücum edilib. Qardaşım onu xilas edərkən qətlə yetirilib”.

Bunu ötən gün Gəncə şəhərində şəhid olan Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovun qardaşı, Gəncə İmamzadə ziyarətgahının mütəvəllisi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov deyib.

Onun sözlərinə görə, qardaşı düz ürəyinə vurulan bıçaq zərbəsindən ölüb.

T.Abbasov qeyd edib ki, həmin adamlar gələndə bunlar özü də çaşqın vəziyyətdə olublar ki, əllərində bıçaq, dəyənək, lom olan gənclər haradan çıxdı: “Gəncədə elə bir xarakter yoxdur ki, günahsız insanı belə amansızcasına qətlə yetirəsən. Bu, xüsusi təşkil olunmuşdu. Ermənistana sığınan adamlar var ki, internet üzərindən çağırışlar edirdilər. Burada məqsəd ara qatmaq və asayişi pozmaq idi... Qardaşım iş başında şəhid olub".
Xəbəriniz olsun

21.11.2018 - Abel Məhərrəmov danışdı: "Şouya çevirmək istəyirlər..."

21.11.2018 - Abel Məhərrəmova 1 həftə vaxt verildi - Kabineti boşaltmaq üçün

21.11.2018 - Direktoru döyən aktyor danışdı – Təhsil Nazirliyini ittiham etdi

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

Facebook