Horadizdə pambıqçılığa həsr olunan müşavirə keçirilib

18 iyul 2018
Horadizdə  pambıqçılığa həsr olunan müşavirə keçirilib
Horadiz şəhəri Heydər Əliyev Mərkəzində “Pambığın becərilməsi üçün aqrotexniki tədbirlərin təşkili” mövzusunda müşavirə keçirilib. Müşavirədə Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Nazirliyin məsul şəxsləri, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun aidiyyəti idarə, müəssisə və təşkilatları, pambıqçılıqla məşğul olan fermerlər və mütəxəssislər iştirak ediblər.
Müşavirədə Prezident İlham Əliyevin iştirakı ilə bu il martın 26-da Bərdədə keçirilən “Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə verilən tapşırıqların icrası məsələləri müzakirə olunub.
Müşavirədə çıxış edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, ölkə başçısının yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarından biri də bölgələrdə pambıqçılığın inkişaf etdirilməsidir. Alı Alıyev qeyd edib ki, yeni iqtisadi mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə, ixrac tutumlu sahələrin, o cümlədən pambıqçılığın inkişafı əsas yer tutur. Çünki pambıqçılıq həm gəlirli sahədir, həm də yeni iş yerlərinin açılması deməkdir. Alı Alıyev ölkə başçısının tapşırıqlarına uyğun olaraq Füzuli rayonunda 2018-ci ildə 2100 ha ərazidə pambıq əkildiyini bildirib. Qeyd edib ki, pambıq əkilmiş sahələrin 1412 hektarı Füzuli Kənd Təsərrüfatı MMC ilə, 590 hektarı “Azərpambıq” MMC ilə müqavilə əsasında, 14 nəfər istehsalçı isə 97,3 hektar fərdi qaydada pambıq əkiblər.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov “Azərbaycanda pambıqçılığın inkişafı - hədəflər və perspektivlər” mövzusunda çıxış edib. Pambığın strateji məhsul olduğunu diqqətə çatdıran nazir müavini Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret vəzifələrdən danışıb, həmin vəzifələrin icrası ilə əlaqədar həyata keçirilən tədbirlərdən bəhs edib.
Kənd Təsərrüfatı Nazirliyi Aparatının bitkiçililiyin təşkili və mönitorinqi şöbəsinin müdiri İmran Cümşüdov “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi” mövzusunda çıxış edib. O, Azərbaycanda becərilən pambıq sortları, səpinin aparılması qaydaları, pambığın becərilmə texnologiyası, seyrəltmə, kultivasiya barədə məlumatlar verib. Dövlət Fitosanitar Xidmətinin rəisi Ələddin Eyvazov pambıq zərərvericilərinə və xəstəliklərinə qarşı davamlı mübarizədən bəhs edib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən müşavirədə aidiyyəti qrumların nümayəndələri, fermerlər çıxış edərək, pambıq əkini sahəsində görülmüş işlərdən danışdılar, pambıqçılığın inkişafı, mövcud problemlər, onların aradan qaldırılması yollarını müzakirə ediblər.

Xəbəriniz olsun

13.12.2018 - Nazir Eldar Əzizovun qardaşına yüksək vəzifə verdi

13.12.2018 - Ermənistan rəsmisi Bakıya gəlir

13.12.2018 - Azad Rəhimov qohumunu 5-ci mərtəbədən atan şəxsə ən ağır cəzanı istəyir - Xaricdən vəkillər gələcək

13.12.2018 - Daha bir jurnalist həbs təhlükəsi ilə üzləşib – Müraciət

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

Facebook