Elə adamlara elmi adlar verilir ki, onlara qoyun otarmağa belə icazə vermək olmaz – Açıqlama

19 iyul 2018
Elə adamlara elmi adlar verilir ki, onlara qoyun otarmağa belə icazə vermək olmaz – Açıqlama
Xəbər verdiyimiz kimi xalq artisti Nazpəri Dostəliyeva elmi dərəcə alıb. Belə ki, onun “Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub.

Xalq artistinin elmi dərəcə alması sosial mediada və şəbəkələrdə heç də birmənalı qarşılanmayıb və ciddi müzakirələrə səbəb olub. Məsələ ilə bağlı Bizimyol.info -ya danışan təhsil eksperti Kamran Əsədov elmi adların və dərəcələrin verilməsi ilə bağlı qeyri-şəffaflıqdan və mövcud vəziyyətdən danışıb:

“Azərbaycanda elmi adların və elmi dərəcələrin verilməsi elmi tədqiqat işlərinin həyata keçirilməsi şəffaf obyektiv ədalətli şəkildə həyata keçirilmir. Bu gün Azərbaycanda kifayət qədər icra hakimiyyəti başçılar,ı dövlət orqanlarında çalışanlar var ki, professor, elmlər namizədidir. Görüntü xətrinə pafos xətrinə elmi ad alıb, halbuki dünyanın inkişaf etmiş ölkələrində bu kimi hallara heç vaxt rast gəlmək olmaz. Bu ənənə Sovet dövründən qalıb. Mənim xatırladığım qədərilə Nazpəri xanım bir neçə il öncə tələbə adını qazanmışdı. Bu onun məşhurluğundan çox-çox sonra baş verən bir hadisədir. Sonra onun magistratura, aspirantura təhsili ilə bağlı heç bir məqaləyə rast gəlməmişəm. Nəzərə alsaq ki, mən bütün məqalələri araşdırıram.

Məsələ budur ki, bu gün Azərbaycanda başı dolu, cibi boş olan adama yer yoxdur. Əgər pulun varsa, sən vaxtından öncə professor da ola bilərsən. Gərək birinci cibin dolu olsun, başın dolu olması isə sonraki məsələdir. Araşdırsanız Azərbaycanda o qədər savadlı adamlar, gənclər var ki, onlar aylarla, illərlə akademiyalarda, institutlarda növbə gözləyirlər. Onların elmi ad almaqlarına ciddi şəkildə maneəçilik törədilir. Təsəvvür edin, Azərbaycanda bir dənə də olsa gənc elmlər doktoru yoxdur. Dünyanın heç bir ölkəsində bu hallara yol verilmir. Elmlər akademiyası və elmi institutlar gənclərin elmə gəlmələrinə ciddi şəkildə maneəçilik törədirlər. Məşhurların bir çoxu isə pul verib işlərini yazdırırlar, lakin gecə-gündüz elmlə məşğul olan elmə faydalı olan insanlar isə müdafiəyə buraxılmır. Elə adamlara elmi adlar verilir ki, ona nəinki elmə, qoyun otarmağa belə icazə vermək olmaz. Onların hansı elmi tədqiqatları dünyaya məşhur olub? Bu tipli adamlar məmurları, məşhurları xaricdə də ciddi qəbul etmirlər.

Azərbaycandan kənarda elmdə və təhsildə rəhbər olan şəxslər var ki, tarixdən də xarici şəxslərlə danışan zaman tərifləyirlər ki gör necə də dahi adamdır. Tarixdən də yazır, biologiyadan da məqalə yazır, kənd təsərrüfatından da, siyasətdən də, iqtisadiyyatdan da məqalə yazır. Bilirsinizmi bu hadisə necə baş verir? Hansısa imkansız bir elm adamı məqaləsini çap etdirməlidir lakin pulu yoxdur və həmin adam məqaləni ondan alaraq çap etdirir. Bunun müqabilində isə məqalədə öz adını da qeyd etdirir. Bu gün Azərbaycanda elm bu vəziyyətdədir. Gedib elmi ad alanların yazdıqlarını oxuyun, hansında azərbycana töhfə verəcək məlumatlar dərc olunub? Hər kəs gedib Ukraynada və digər ölkələrdə magistr doktrantura dərəcəsi alıb azərbaycanda müdafiə edirlər. Elmi bu dərəcədə ucuzlaşdırmaq, bayağılaşdırmaq olmaz. Azərbaycanda təhsil fiaskoya gedir. Bu çox təəssüf doğuran haldır. Bizim illərlə qazandığımız uğurlar onlara görə hədər gedir. Azərbaycandaki elm adamları bu diqqətsizliyin, bu hörmətsizliyin nəticəsində xaricə çıxıb gedirlər. Ölkədə yalnız qondarma, əldəqayırma elm adamları qalıb. Bu məsələyə sözün əsl mənasında mövqe bildirməyin vaxtı çatıb.

Anlaya bilmədiyim bir məqam var ki müğənninin, məmurun əmək məcəlləsinə görə 8 saat iş müddəti var, sənin vəzifə səlahiyyətin necə imkan verdi ki, tədqiqat apardın? Bu şəxslərin heç birinin elmdən xəbəri yoxdur. Elmi işin müdafiəsi zamanı da 5 manat, 3 manat pul verirlər hər kəs də “uraa” deyib əl çalır və o elmi dərəcə alır, ancaq kim kasıb və yazıq balasıdırsa onları sıxışdıraraq elmdən iyrəndirirlər”.
Xəbəriniz olsun

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

16.08.2018 - “Rus NATO-su”nda baş katib qovğası – İrəvanın Bakı qarşısında diplomatik fiasko xofu

16.08.2018 - 596 bal topladı, ixtisas seçimi etdi, lakin kənarda qaldı - Qəbul imtahanında ilginc hadisə + FOTOFAKT

16.08.2018 - Füzulidə yas mərasimləri: Sadə, israfçılıqdan kənar, islami qaydalara uyğun

16.08.2018 - ABŞ vitse-prezidentindən Türkiyəyə çağırış-təhdid

16.08.2018 - “Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı

16.08.2018 - 4 nəfər eyni anda intihara əl atdı - Bakıda şok olay

15.08.2018 - Azərbaycanda benzin bu gecə bahalaşacaq: ŞOK GÖZLƏNTİ

15.08.2018 - “Mütəllibov pulları zirzəmidə saxlayırdı” – Araz Əlizadədən manat açıqlaması

15.08.2018 - "Rəis dedi ki, şərait yarat, Fədayə Etibarla görüşsün"- Həbsxana qaçışında yeni faktlar

15.08.2018 - İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın - FOTOFAKT

15.08.2018 - “Azercell”də gün - gündən yeniləşən maxinasiya və ya qəpiklərin üstündə qurulan səltənət

Facebook