Səkkiz əcnəbi saxta sənədlərlə Azərbaycan sərhədini keçmək istədi

19 iyul 2018
Səkkiz əcnəbi saxta sənədlərlə Azərbaycan sərhədini keçmək istədi
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları son günlərdə 8 əcnəbi vətəndaşın saxta sənədlərlə Azər­­­­­­bay­can Res­pub­li­ka­­sının döv­lət sərhədindən keçmək cəhdinin qarşısını alıb.

Bu barədə DSX-dan bildirilib.

Belə ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Küveyt-Bakı reysi ilə uçub gələn 1963-cü il təvəllüdlü Dominikan vətəndaşı Muba­rak Hassan Mohsen Saadın təqdim etdiyi pasportda saxta­laş­dırma əlamətləri aşkarlanıb, laboratoriya şəraitində dərinləşdirilmiş yox­lamadan sonra sənədin məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə saxtalaşdırılması təsdiq olunub.

Heydər Əliyev Beynəlxalq Aeroportunda İstan­bul-Bakı reysi ilə uçub gələn 1988-ci il təvəllüdlü İran İslam Res­­pub­likası vətəndaşı Mehrpour Daryoush Jabrael oğlunun təqdim etdiyi pasportda Fransaya məxsus Şengen vizasının saxta olmasına şübhə yaranıb və dərinləşdirilmiş yoxlama zamanı vizanın hə­qi­qə­tən də saxtalaşdırılması təsdiqini tapıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Mos­kva-Bakı reysi ilə uçub gələn 1990-cı il təvəllüdlü Özbəkistan vətən­da­şı İsmoilova Makhliyo Eson qızının, Moskva-Bakı reysi ilə uçub gələn 1982-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Saparov Lachin Kur­ba­noviçin, 1989-cu il təvəllüdlü Özbəkistan və­tən­daşı Karimov Ataybek Mirzaibrahi­moviçin və 1998-ci il təvəllüdlü Ukrayna vətəndaşı Nasikovcka Sniz­hana Aleksandrovnanın pas­portları şübhə doğurub, laborator müayinə nəticəsində pasport­ların saxtalaş­dırl­ması müəyyən olunub.

Gəncə Beynəlxalq Hava Limanında Gəncə-İstanbul reysi ilə uçmaq istəyən 1993-cü il təvəllüdlü Pakistan İslam Respublikası vətəndaşları Bashir Usman Ahmad Bashirin və 1995-ci il təvəllüdlü Yasin Muhammad İlyasın təqdim etdikləri İspaniyada yaşayış hüququ verən kartlar şübhə doğurub və laborator yoxlama nəticəsində saxtalaşdırılması təsdiqini tapıb.

Saxlanılmış şəxslər barəsində müvafiq təd­bir­lər həyata keçirilib.
Xəbəriniz olsun

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

16.08.2018 - “Rus NATO-su”nda baş katib qovğası – İrəvanın Bakı qarşısında diplomatik fiasko xofu

16.08.2018 - 596 bal topladı, ixtisas seçimi etdi, lakin kənarda qaldı - Qəbul imtahanında ilginc hadisə + FOTOFAKT

16.08.2018 - Füzulidə yas mərasimləri: Sadə, israfçılıqdan kənar, islami qaydalara uyğun

16.08.2018 - ABŞ vitse-prezidentindən Türkiyəyə çağırış-təhdid

16.08.2018 - “Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı

16.08.2018 - 4 nəfər eyni anda intihara əl atdı - Bakıda şok olay

15.08.2018 - Azərbaycanda benzin bu gecə bahalaşacaq: ŞOK GÖZLƏNTİ

15.08.2018 - “Mütəllibov pulları zirzəmidə saxlayırdı” – Araz Əlizadədən manat açıqlaması

15.08.2018 - "Rəis dedi ki, şərait yarat, Fədayə Etibarla görüşsün"- Həbsxana qaçışında yeni faktlar

15.08.2018 - İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın - FOTOFAKT

15.08.2018 - “Azercell”də gün - gündən yeniləşən maxinasiya və ya qəpiklərin üstündə qurulan səltənət

Facebook