KXCP sədrliyinə namizəddən Mirəlioğluna ittiham: "Zərdabinin ruhu, 12 nəfərlik partiya, Bəyi təhqir edənlərlə ittifaq...."

19 iyul 2018
KXCP sədrliyinə namizəddən Mirəlioğluna ittiham: "Zərdabinin ruhu, 12 nəfərlik partiya,  Bəyi təhqir edənlərlə ittifaq...."Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədrliyinə namizəd, tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyev özünün feysbuk səhifəsində KXCP sədri Mirmahmud Mirəlioğlunun ünvanına sərt ittihamlar səsləndirib. Savash.org oxucular üçün maraqlı olacağını nəzərə alaraq sözügedən fikirləri olduğu kimi dərc edir...

***

Həmişə çalışıram müxalifət daxili məsələlər barədə danışmayım, yazmayım. Bizim üçün əsas hədəf və məsələ hakimiyyətdir. Amma bəzən elə olur ki, yazmasan olmur…

KXCP sədri, hörmətli Mirmahmud Mirəlioğlu “Yeni musavat” qəzetinə verdiyi müsahibədə bildirib ki, “Gəncədə baş verən hadisə cinayətdir. Bu cinayəti törədənlər cəzasını çəkməlidir”. Amma bu cinayəti törədən səbəbkar Elmar Vəliyevin xalqa zidd qanunsuz, nəlayiq, harın hərəkətlərindən danışmayıb. Özü bilər, bu, onun öz mövqeyidir…

Diqqətimi başqa bir məqam çəkdi. O, müsahibəsində partiyadan uzaqlaşdırdığı Elçibəyçi gənclərə, dışladığı mübariz insanlara eyham vuraraq təşkilatda “xaric səslər” olduğunu bildirib…

KXCP sədrliyinə namizəddən Mirəlioğluna ittiham: "Zərdabinin ruhu, 12 nəfərlik partiya,  Bəyi təhqir edənlərlə ittifaq...."Maraqlıdır, M. Mirəlioğlu Elçibəyin sağlığında daim ona şər- böhtan atıb onu aşağılayan, İlham Əliyevdən orden- medal alan Rauf Arifoğlunu medal aldığına görə təbrik edərək bildirir ki, “Həsən bəy Zərdabinin ruhu “Yeni musavat” qəzetinin fəaliyyətində təzahür edir” (!?). Yazıq Həsən bəy… Sonra da ölkədə “milli birliyin və vəhdətin formalaşmasında göstərdiyi xidmətə görə” qəzeti təbrik edir (!?)…

Bəyə dönük çıxıb ona arxa çevirən, hakimiyyətin yanında yer alan Qüdrət Həsənquliyevlə Elçibəyin 80 illik yubileyində Fəxri Xiyabanda çiyin- çiyinə dayanıb birgə ziyarət təşkil edir…

Bir neçə gün öncə isə Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranmasının 29 illiyini Elçibəy hakimiyyətinin silahlı qiyam yolu ilə devrilməsində iştirak edən, həmişə Bəyi təhqir edən Nemət Pənahlı ilə bir yerdə keçirir. Meydanlara sığmayan təşkilatı bir kiçik qərargaha sığacaq səviyyəyə endirib 10- 12 nəfərlə onun 29 yaşını qeyd edir…

Hakimiyyəti qanunsuz yolla əllə keçirib insanlarımıza zulm edən, ölkəni həbsxanaya çevirən, xalqımızın haqq və hüququnu qəsb edən saxta hökümətlə, Elçibəyə nifət üstdə köklənən Əli Həsənovun timsalında mahiyyəti, predimeti bəlli olmayan uğursuz dialoq aparır və s.

Bu siyahını artırmaq olar. Ehtiyac yox. Heç adını çəkdiyim və çəkmədiyim şəxslərlə də hansısa şəxsi problemim və onlardan gözləntim də yoxdur. Amma sual yaranır; M. Mirəlioğlunun Elçibəyə dönük çıxıb onun hakimiyyətini devirən, həmişə onu təhqir edən, aşağılayan insanlara bu qədər sıcaq münasibəti, sevgisi hardan qaynaqlanır? Niyə o sevginin bir hissəsi təşkilatdan uzaqlaşdırdığı, dışladığı Elçibəyçi insanlara, gənclərə qarşı deyil? Sədr olduğu 18 ildə “xaric səs” deyə- deyə nə qədər mübariz, ləyaqətli insanları partiyadan, mübarizədən uzaqlaşdırdı. O boyda qocaman, nəhəng təşkilat ona neynəmişdi ki, onu belə çarəsiz, dişsiz, zəif duruma saldı? İndi də deyir ki, təşkilatda “xaric səslər” var. Hakimiyyət ölkədə baş verən hər hansı narazılıqda “xaric səs” axtarır, Mirəlioğlu da təşkilatda…

Yaxşı olar ki, o bu suala cavab versin; Elçibəyə dönük çıxıb hakimiyyətin yanında yer alanlar, maddiyyat qarşılığında susub mübarizədən imtina edənlər KXCP üçün “xaric səs”- dir, yoxsa həbsə düşüb, ehtiyacla, ailəsi ilə sınağa çəkilən, amma Elçibəy- Rəsulzadə ideyalarından, avtoritarizmə qarşı mübarizədən dönməyən insanlar? O, təşkilatda “xaric səs” deyəndə kimləri və nəyi nəzərdə tutur?
Xəbəriniz olsun

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

16.08.2018 - “Rus NATO-su”nda baş katib qovğası – İrəvanın Bakı qarşısında diplomatik fiasko xofu

16.08.2018 - 596 bal topladı, ixtisas seçimi etdi, lakin kənarda qaldı - Qəbul imtahanında ilginc hadisə + FOTOFAKT

16.08.2018 - Füzulidə yas mərasimləri: Sadə, israfçılıqdan kənar, islami qaydalara uyğun

16.08.2018 - ABŞ vitse-prezidentindən Türkiyəyə çağırış-təhdid

16.08.2018 - “Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı

16.08.2018 - 4 nəfər eyni anda intihara əl atdı - Bakıda şok olay

15.08.2018 - Azərbaycanda benzin bu gecə bahalaşacaq: ŞOK GÖZLƏNTİ

15.08.2018 - “Mütəllibov pulları zirzəmidə saxlayırdı” – Araz Əlizadədən manat açıqlaması

15.08.2018 - "Rəis dedi ki, şərait yarat, Fədayə Etibarla görüşsün"- Həbsxana qaçışında yeni faktlar

15.08.2018 - İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın - FOTOFAKT

15.08.2018 - “Azercell”də gün - gündən yeniləşən maxinasiya və ya qəpiklərin üstündə qurulan səltənət

Facebook