Ramiz Zeynalov erasının sonu: “QAİ generalı”nın imperiyası süqut edir

19 iyul 2018
Ramiz Zeynalov erasının sonu: “QAİ generalı”nın imperiyası süqut edir
Son illər Azərbaycanda bir sıra dövlət idarələrində struktur islahatlarının aparıldığı bəllidir.

Bütün bunlar onunla əlaqədardır ki, həmin qurumlar effektiv fəaliyyət göstərə bilmir. Təbii ki, bunun obyektiv səbəbləri ilə yanaşı, subyektiv səbəbləri də yox deyil. Lakin görünən odur ki, ölkə başçısı bu cür islahatlarla hər iki problemi eyni vaxtda həll etmək fikrindədir.

Baş Dövlət Yol Polisi İdarəsi ləğv olunacaqsa...

Nəqliyyat Nazirliyindən sonra kütləvi ictimai narazılığın ünvanlandığı əsas qurumlardan biri də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) olduğu sir deyil. Təsadüfi deyil ki, bu qurumda mövcud olan problemləri həll etmək mümkünsüz olduğundan, Baş Dövlət Yol Polisi İdarəsinin də adının dəyişdirilərək, yenidən formalaşdırılması məsələsi müzakirə olunmaqdadır. Bir neçə həftə əvvəl cumhuriyyet.az saytı da bu haqda maraqlı araşdırma ortaya qoymuşdu. Sayt yazırdı ki, DYP-nin bazasında Dövlət Avtomobil Müfəttişliyinin yaradılması nəzərdə tutulur. İddia olunur ki, son illər sosial şəbəkələrdə və mediada yol polisi haqqında biabırçı video çarxların yayılması, ictimai rəydə qurumun heç bir nüfuzunun qalmaması DYP-nin ləğvini həqiqətən də zərurətə çevirir. Yeni qurumun yaradılması, həm də DYP-ni ailə biznesinə çevirən, 5 ildir təqaüd yaşı çatsa da, hələ də kreslosunu qorumaq üçün dəridən-qabıqdan çıxan Ramiz Zeynalovun daha yeni və çevik bir kadrla əvəz olunmasına səbəb olacaq. Bir sözlə, böhran dönəmində dövlət büdcəsini talayan məmurların büdcəni dolduracaq məmurlarla əvəzlənməsi ən doğru yoldur.

Təsadüfi deyil ki, DYP rəsmiləri ASAN xidmətdə ödənilən çərimə çeklərini belə tanımaqdan imtina edir. Bu cür təfəkkürlə, bu cür yanaşma ilə bu qurumun heç bir gələcəyi ola bilməz. Xüsusən də açıq-aşkar hökümətin islahat adddımlarına qarşı çıxırsa…

Xatırladaq ki, xeyli müddətdir ölkədə narazı qalınan əsas dövlət qurumları içində iki strukturun xüsusi olaraq adı çəkilirdi. Onlardan biri Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən Nəqliyyat Müfəttişliyi idisə, digəri də Dövlət Yol Polisi Xidmətiydi. Bildirək ki, bu iki nəhəng dövlət qurumundan artıq biri yoxdur. Və işin qəribə tərəfi odur ki, Nəqliyyat Müfəttişliyi ləğv edilərək, ən çox şikayət olunan digər quruma, Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) verilib.

Dövlət Avtomobil Müfəttişliyi yaradılır…

Məlumata əsasən, Nəqliyyat Nazirliyinin səlahiyyətsizləşdirilməsindən sonra daha bir neçə qurumun da eyni aqibət yaşayacağı proqnozlaşdırılır. Artıq proqnozlara uyğun olaraq bəzi qurumlar ləğv olunub. Məsələn, MTN artıq yoxdur. Eyniylə, Dövlət Satınalmalar Agentliyi də dövlət başçısının fərmanı ilə ləğv edilib.

Sırada isə digər qurumların olacağı istisna deyil. Bununla bağlı cumhuriyyet.az-a verilən məlumatlarda qeyd olunur ki, BDYPİ-nin ləğv edilməsi məsələsi də artıq gündəmə gəlib. Məsələ belədir ki, Nəqliyyat Müfəttişliyinin birləşdirildiyi BDYPİ-nin ləğv edib, yerində Dövlət Avtomobil Müfəttişliyinin yaradılması nəzərdə tutulur.

Əlbəttə, belə bir zərurətin yaranmasının tutarlı əsasları var. Məsələ belədir ki, artıq təkcə mediada deyil, eyni zamanda sosial şəbəkələrdə də DYP-nin fəaliyyəti ən ağır formada tənqid edilir. Və bu tənqidlər əvvəlki dönəmlərdən fərqli olaraq, hansısa şikayətlərin əsasında deyil, elə canlı şəkildə çəkilmiş videogörüntülərin əsasında formalaşıb. Cəmiyyətin tələbi budur ki, ya BDYPİ ləğv olunmalıdır, ya da tamamilə dəyişdirilməlidir. Yəni, ən azından keyfiyyət dəyişikliyi baş verməlidir.

Struktur islahatları generalı bitirəcək

Qeyd edək ki, ləğv ediləcək və bazasında yeni bir qurum yaradılacaq dövlət təşkilatının başına kimin rəhbər gətiriləcəyi də maraqlı müzakirələrdən biridir. Bu posta yetərli qədər layiqli adamın olduğuna şübhə yoxdur. Həmçinin polisdə BDYPİ-dən də daha artıq qurumları idarə edə biləcək şəxslər var və bunu kimsə inkar edə bilməz.

Yeni qurumun yaradılmasından sonra onun başına yenidən BDYPİ-nin rəisi, general Ramiz Zeynalovun gətirilib-gətirilməyəcəyi məlum deyil. Məsələ belədir ki, faktiki olaraq mövcud duruma görə məsuliyyət yükü generalın üzərindədir və ona qarşı əsas ittiham da budur ki, BDYPİ-ni lazımi səviyyədə idarə edə bilmədiyi üçün bu qədər neqativ hallar meydana çıxır. Belə olan təqdirdə, xüsusən də indiki həssas məqamda rəhbərlik də dəyişiklik etməkdə məcburiyyət hiss edəcəklər. Ona görə ki, cəmiyyətdə sosial səbəblərdən narazılıq baş qaldırdığı bir vaxtda, bir də BDYPİ kimi çoxlu şikayətlər edilən qurumda əsaslı dəyişiklik etmək zərurəti var. Yeni kadrın ən azı keçid dönəmində durumu düzəldə biləcəyi istisna edilmir. Hərçənd Ramiz Zeynalovun pensiya yaşından 5 il keçib. Amma bu müddət ərzində onun işdən çıxarılması məsələsi gündəmə belə gəlməyib. Özü də bunca şikayət varkən.

Generalın hüdudsuz biznes şəbəkəsi

Qanunla dövlət orqanlarında çalışan şəxslərin bizneslərinin olması qadağandır. Amma Azərbaycan reallıqlarında qanunun tələbləri işə yaramır. Elə bu səbəbdəndir ki, ölkənin ən iriçinli məmurlarının topdağıtmaz biznesləri var. Elə zənn etməyin ki, Ramiz Zeynalov da digər məmur həmkarlarından fərqlənir. Onun da geniş biznes sahələri, əlaqələri və imkanları var. Və təbii ki, hamısından da yararlanır.

Bildirək ki, Ramiz Zeynalovun ölkənin şimal və cənub rayonlarında çoxsaylı asfalt və beton zavodları, daş karxanaları fəaliyyət göstərir. Məsələn, Qubadakı Vəlvələ çayı yaxınlığında meşə massivinin 5 hektarlıq hissəsi məhv edilərək, yerində 4 ay ərzində daş karxanası və beton zavodu inşa edilib. Həmin zavodun avadanlıqları isə Almaniyadan gətizdirilib.

Ramiz Zeynalovun biznesini kimlər idarə edir?

Bu sualın çeşidli cavabları ola bilər. Çünki biznes yalnız bir nəfərin idarəçiliyində deyil. Bununla bağlı da mediada yer alan məlumatlar üzərində apardığımız araşdırmalardan məlum oldu ki, hər bir biznes sahəsi üzrə ayrı-ayrı şəxslər təhkim olunub və onların öz vəzifələri var. Məsələn, Ramiz Zeynalovun beton zavodları və daş karxanalarının idarəçiliyi DYP-nin alay komandiri, polkovnik Balakişi Əhmədovun nəzarətinə verilib. Hətta bu yaxınlarda Əhmədov Cənub bölgəsində generalın yeni inşa edilmiş zavodunun açılışına belə getmişdi.

Şübhəsiz, BDYPİ rəisinin təkcə beton zavodları, daş karxanaları yoxdur. Onun əsas «biznesi» elə rəhbəri olduğu qurumdadır. Yerli MERO-ların fəaliyyətindən xəbərsiz olmayan yoxdur. Nömrə alverindən tutmuş, sürücülük vəsiqələrinə qədər hər şeyin alınıb-satıldığı idarədə bu işlərə nəzarət heç də uzaq bir şəxsə verilməyib. Bu işlər birbaşa onun bacısı oğlu Xəqanidədir ki, o da Tovuz MERO-nun rəisidir. Bakıdan 400 km aralıda yaşamasına baxmayaraq, hesablaşmalar, alqı-satqıların mühasibatlığını həyata keçirən MERO rəisi kəsdiyi başa görə, sorğu-sual edilmir.

Təbii ki, o da digər həmkarları kimi, nömrələri təsnifləşdirib müxtəlif qiymətlərə satır. Oxudun, oxumadın fərq etməz, sürücülük vəsiqəsi istəyəndən pulunu alıb, ona sənəd verir. Bu barədə ayrıca bir araşdırmamız olacaq. Və orada Ramiz Zeynalovun bacısı oğlunun gördüyü bir sıra pünhan işlərdən bəhs edəcəyik.

İndi isə qayıdaq yenidən Zeynalovun biznesinə. Onun Tovuzda və ölkənin müxtəlif yerlərində villaları, otelləri, istirahət mərkəzlərinin olduğu da sirr deyil. Məsələn, Tovuzdakı «Ayan Palase» də Zeynalovlardan kənar şəxslərə məxsus deyil. Orada bir gecənin neçə yüz manat olduğunu da bilməyən yoxdur.

Ardı var. Bizi izləməyi unutmayın...
Xəbəriniz olsun

19.08.2018 - Azərbaycanda benzin bahalaşdı

18.08.2018 - Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?

18.08.2018 - Elmar Vəliyevə sui-qəsd - yeni həbslər və təfərrüat

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

17.08.2018 - “Qarabağ” “Şerif”lə nə nə vaxt meydana çıxacaq? - Avropa Liqası

17.08.2018 - Bakıda avtobusda qadına təcavüz edildi: Niyə mənə toxunursan? - VİDEO

17.08.2018 - Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

Facebook