“Zapravka”nı soyan şəxs: “Həmin pulla kirayə haqqımı ödədim”

20 iyul 2018
“Zapravka”nı soyan şəxs: “Həmin pulla kirayə haqqımı ödədim”Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Sərxan Mailli və Niyaməddin Mustafayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Savash.org bizimyol.info-ya istinadla xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Quldurluq hadisəsi ötən ilin dekabr ayında baş verib. Bakının Xətai rayonu, Nobel prospektində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin istirahət otağına daxil olan naməlum şəxslər orada işləyən İsmayıllı rayon sakini Mehman Cabbarovu bıçaqla hədələyərək pul tələb ediblər.

M.Cabbarov üzərində olan 552 manat pulu onlara verdikdən sonra naməlum şəxslər yanacaqdoldurma məntəqəsini tərk ediblər. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş S.Mailli və Kürdəmir sakini N.Mustafayev tutulublar.
Onların barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Hər iki şəxs elan olunmuş ittiham üzrə hər iki şəxs özünü təqsirli bildiklərini deyiblər.

Daha spnra zərərçəkmiş şəxs qismində ifadə verən Mehman Cabbarov deyib ki, hadisədən əvvəl təqsirləndirilən şəxslərdən yalnız S.Maillini yanıyıb.

Hadisəı ilə bağlı danışan zərərçəkmişin sözlərinə görə, yanacaqdoldurma məntəqəsində gecə istirahət edən zaman üzü masqalı iki nəfər şəxs otağa daxil olub, ona hədə-qorxu gəlib:

“Mən istirahət otağında yatmışdım. Əvvəl biri içəri daxil oldu, sonra digəri. Birinci içəri daxil olan şəxsin əlində bıçaq var idi. Pul tələb etdilər. Mən də qorxuduğum üçün onlara 552 manat pul verdim. Hər şəxs otaqdan çıxıb qaçdılar, sonra polisə məlumat verdim”.

M.Cabbarov bildirib ki, dəymiş ziyan ödənilib, heç bir şikayət və tələbi yoxdur.

Təqsirləndirilən N.Mustafayev dindirilən zaman hadisəni etdiklərini etiraf edib. O, həmin pulla kirayə haqqını ödədiyini söyləyib: “Basqın təklifini Sərxan etdi. Pula ehtiyacımız vardı. Əməlimdən peşmanam”.

N.Mustafayevin sözlərinə görə, hazırda atası da həbsdədir.

Məhkəmənin baxış iclası iyulun 24-nə təyin edilib.

Rəşad VAQİFOĞLU
Xəbəriniz olsun

22.10.2018 - "Bank of Baku" qırmızı zolaqda: son 9 ayın nəticələrindən çıxan nəticə...

22.10.2018 - Qardaşların dövləti cinayəti və AQTA-nın şantajı Təhməzlini bitirir

22.10.2018 - Əflatun Amaşov:”Həmişə seçicilərimin yanındayam”

22.10.2018 - Qubada əmisi oğlunun arvadını qaçıran kişi döyülərək öldürülüb

22.10.2018 - Benzin ucuzlaşacaqmı? - Ekspertdən 5 suala cavab

22.10.2018 - Bakıda Mikayıl Müşfiqin qalıqları aşkarlandı - Sensasion fakt

22.10.2018 - Ziya Məmmədovun 35 minə aldığı taksilər “su qiyməti”nə satılır - QİYMƏT

20.10.2018 - Füzuli rayonunda 9 ayın yekunları müzakirə olunub-FOTO

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

Facebook