5 yaşlı uşaq ögey atası tərəfindən döyülərək öldürüldü - KÜRDƏMİRDƏ ŞOK OLAY

22 iyul 2018
5 yaşlı uşaq ögey atası tərəfindən döyülərək öldürüldü - KÜRDƏMİRDƏ ŞOK OLAY
Kürdəmir rayonunda 5 yaşlı uşaq döyülərək öldürülüb.

"Report"un məlumatına görə, hadisə rayonun Muradxan kəndində yerləşən fermalardan birində qeydə alınıb.

Belə ki, Astara rayon sakini, 33 yaşlı Sevanə Böyükağa qızı Yaqubova bir müddət əvvəl Kürdəmir rayonunun Muradaxan kənd sakini Abdulla İnqilab oğlu Abdullayevə ərə gəlib və özü ilə ilk həyat yoldaşından olan 5 yaşlı oğlu Murad Bayraməli oğlu Yaqubov da onlarla bərabər yaşayırmış. Uşağın dəcəl olması ögey atanın ona olan münasibətini kəskin şəkildə dəyişib. Abdulla Abdullayev müxtəlif vaxtlarda uşağa zor tətbiq etməyə başlayıb. O, Murada gah çomaq, gah da başqa küt alətlə mütəmadi xəsarətlər yetirib. Bir neçə gün əvvəl fermada Muradın bədənində yaranan əziklər uşağın qızdırmasına səbəb olub. Həbs olunmasından ehtiyatlanan Abdulla Abdullayev uşağı həkim müayinəsinə aparmayıb və nəticədə 5 yaşlı Murad iyulun 21-də səhər saat 5 radələrində aldığı xəsarətlərdən dünyasını dəyişib.

Uşağın anası Sevanə Yaqubovanın sözlərinə görə, dəfələrlə uşağı həkimə aparmasını xahiş etsə də, ögey ata hər dəfə ona öz etirazını bildirib və uşağın müalicə və müayinəsinə imkan verməyib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxs Abdullayev Abdulla İnqlab oğlu şübhəli şəxs qismində tutulub.
Xəbəriniz olsun

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

16.08.2018 - “Rus NATO-su”nda baş katib qovğası – İrəvanın Bakı qarşısında diplomatik fiasko xofu

16.08.2018 - 596 bal topladı, ixtisas seçimi etdi, lakin kənarda qaldı - Qəbul imtahanında ilginc hadisə + FOTOFAKT

16.08.2018 - Füzulidə yas mərasimləri: Sadə, israfçılıqdan kənar, islami qaydalara uyğun

16.08.2018 - ABŞ vitse-prezidentindən Türkiyəyə çağırış-təhdid

16.08.2018 - “Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı

16.08.2018 - 4 nəfər eyni anda intihara əl atdı - Bakıda şok olay

15.08.2018 - Azərbaycanda benzin bu gecə bahalaşacaq: ŞOK GÖZLƏNTİ

15.08.2018 - “Mütəllibov pulları zirzəmidə saxlayırdı” – Araz Əlizadədən manat açıqlaması

15.08.2018 - "Rəis dedi ki, şərait yarat, Fədayə Etibarla görüşsün"- Həbsxana qaçışında yeni faktlar

15.08.2018 - İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın - FOTOFAKT

15.08.2018 - “Azercell”də gün - gündən yeniləşən maxinasiya və ya qəpiklərin üstündə qurulan səltənət

Facebook