“İlham Əliyevə zəng vurardım, amma məndə nömrəsi yoxdur...”

26 iyul 2018
“İlham Əliyevə zəng vurardım, amma məndə nömrəsi yoxdur...”Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanda “Exo Moskva” radiosunun baş redaktoru Aleksey Venediktovla görüşüb və ona geniş müsahibə verib. Virtualaz.org xəbər verir ki, erməni KİV-ləri bu müsahibənin fraqmentlərini yayır. Müsahibədə Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə tanışlığına da toxunub. Bildirib ki, Moskvada Rusiya prezidenti Vladimir Putin onları tanış edib, amma təəsüf ki, bu tanışlıq “effektli olmayıb”.

Venediktov qeyd edib ki, Putin əvvəllər bir neçə dəfə Azərbaycan prezidenti və Ermənistan rəhbərliyi arasında görüş təşkil edib. “Gələcəkdə də hansısa belə format mümkündürmü?”-o soruşub.

“Mən futbol üzrə Dünya Çempionatının açılışı üçün Moskvada olanda Vladimir Vladimiroviç Azərbaycan prezidenti ilə bizi tanış etdi. Biz onunla tanış olduq. Sadəcə olaraq problem ondadır ki, təəsüflər olsun, bu tanışlıq o qədər də effektli olmadı”-Paşinyan cavab verib.

Paşinyanın sözlərinə görə, İlham Əliyev də bu günlərdə NATO sammitində iştirak edib, amma onlar bu sammitdə heç bir-birləri ilə salamlaşmayıblar da. “...Sadəcə olaraq...belə alındı da”-Ermənistan baş naziri deyib.

Venediktovun erməni liderin İlham Əliyevə zəng vura biləcəyi barədə qeydinə Paşinyan belə reaksiya verib: “Bilirsinizmi, bəli, bu yaxşı ideyadır, amma məndə onun telefon nömrəsi yoxdur”.

Bundan sonra Venediktov vəd edib ki, Əliyevlə görüşəndə ona belə sual verəcək: “Azərbaycan kompromisə hazırdırmı?” və Paşinyan üçün ondan telefon nömrəsi xahiş edəcək.
Xəbəriniz olsun

11.10.2018 - Rusiya Avropa Şurasından çıxarıla bilər - Xəbərdarlıq

11.10.2018 - SSRİ-nin 5 qəpiyinin sahibi milyoner ola bilər: Diqqətlə baxın...

11.10.2018 - Paşinyan istefa verəcəyi günü açıqladı

11.10.2018 - “Korrupsiya dalğaları” Rauf Vəliyevin gəmilərini silkələyir - İTTİHAM

11.10.2018 - Taleh Qaraşovun Lənkərandakı idarəçiliyinə etiraz: "Rəzilliyin ünvanı..."

11.10.2018 - Zamirənin Londonda müsadirə edilən mülkləri, qolf klubu, özəl təyyarəsi... - FOTOLAR, İLK DƏFƏ

10.10.2018 - DİN Bakıda uşaqların "orqan mafiyası" tərəfindən "qaçırılması" iddiaları haqda

10.10.2018 - Kənan Məmmədov prezidentin siyasətinə qarşı: Bakı gömrüyü rəisinin “karandaş əməliyyatı”

10.10.2018 - “Nar”la bağlı suallara cavab ver və 250 danışıq dəqiqəsi qazan

10.10.2018 - İlham Əliyev: Tütün bitməyən ölkələr bizə siqaret ixrac edirlər, bu, dözülməzdir...

10.10.2018 - Serj Sarkisyan geri çəkildi, Paşinyan seçkiyə gedir

10.10.2018 - Rasim Məmmədov özünə zirehli maşın aldı - 1 milyon dollara (FOTO)

10.10.2018 - Bakı məktəbində 6-cı sinif şagirdi qaz balonu tətbiq etdi, 8 şagird xəstəxanaya aparıldı

Facebook