Jurnalist Aqil Ələsgər sərbəst buraxılıb – Foto

01 avqust 2018
Jurnalist Aqil Ələsgər sərbəst buraxılıb – Foto
“YeniÇağ” media qrupunun rəhbəri, tanınmış jurnalist Aqil Ələsgər bu gün səhər saatlarında evinə qayıdıb.

Bu barədə jurnalist Toğrul Allahverdili məlumat verib.

O,Aqil Ələsgərin səhhətinin yaxşı olduğunu, artıq evinə gəldiyini bildirib.

* * *
Jurnalist Aqil Ələsgər DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (“Bandotdel” kimi tanınır) əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Ə.Amaşovun sözlərinə görə, Mətbuat Şurası “Yeni Çağ” media qrupunun rəhbərinin saxlanılmasının səbəblərini aydınlaşdırmağa çalışır.

Aqil Ələsgər Azərbaycanda Fətullah Gülən təriqətinin, yaxud FETÖ-nün əməlləri barədə araşdırmaları ilə tanınır. Onun bu mövzuda kitabları da dərc olunub.

Jurnalistin xanımı Günay Fərəcova bildirib ki, Aqillə sonuncu dəfə iyulun 30-u, saat 19-00 radələrində danışıb:“Aqillə sonuncu dəfə iyulun 30-u, saat 19:00 radələrində əlaqə saxlamışıq. Danışanda bizə dedi ki, tezliklə evə gələcək. Ancaq axşam saat 21:50-dən sonra mən və anası dəfələrlə zəng etsək də, o, nə zənglərimizə, nə də “WhatsApp” mesajlarımıza cavab verdi. Əldə etdiyim məlumata görə, Aqil sonuncu dəfə *7555 taksi xidmətindən istifadə edib. Buna görə də onun sifariş etdiyi taksinin sürücüsü ilə danışdıq və ondan öyrəndik ki, avtomobil Qala yolunda naməlum şəxslər tərəfindən saxlanılıb və Aqili özləri ilə aparıblar. Bu zaman Aqilin eynəyi də taksidə qalıb”.
Xəbəriniz olsun

16.10.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

16.10.2018 - Əbülfəz Məlikovu kim cəzalandırmaq istəyib: Silahlı basqın, aparılan 1 milyon...

16.10.2018 - Badamdarda son durum – Sürüşmə zonasının miqyası genişlənir

16.10.2018 - Elmar Vəliyevi ölümdən qurtaran polis danışdı

16.10.2018 - “Səni deyirlər”in ifaçısı Bakıya gəldi, ona mükafat veriləcək – Video

16.10.2018 - Baş həkim 34 yaşlı Dəmirovun ölümünə səbəb oldu - Foto

11.10.2018 - Rusiya Avropa Şurasından çıxarıla bilər - Xəbərdarlıq

11.10.2018 - SSRİ-nin 5 qəpiyinin sahibi milyoner ola bilər: Diqqətlə baxın...

11.10.2018 - Paşinyan istefa verəcəyi günü açıqladı

11.10.2018 - “Korrupsiya dalğaları” Rauf Vəliyevin gəmilərini silkələyir - İTTİHAM

11.10.2018 - Taleh Qaraşovun Lənkərandakı idarəçiliyinə etiraz: "Rəzilliyin ünvanı..."

11.10.2018 - Zamirənin Londonda müsadirə edilən mülkləri, qolf klubu, özəl təyyarəsi... - FOTOLAR, İLK DƏFƏ

10.10.2018 - DİN Bakıda uşaqların "orqan mafiyası" tərəfindən "qaçırılması" iddiaları haqda

Facebook