Eldar Əzizov Bakı meriyasında kimləri yola salacaq? - Hələlik tələsmir...

09 avqust 2018
Eldar Əzizov Bakı meriyasında kimləri yola salacaq? - Hələlik tələsmir...Xəbər verdiyimiz kimi bu yaxınlarda Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) gətirildi.

Eldar Əzizov Bakı meriyasının başçının müavini təyin edildi.

Hazırda BŞİH-nin başçısı postu boş olsa da, kadr islahatlarının nə vaxt aparılacağı məlum deyil.

İddialara görə, Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidməti, eləcə də ictimai-siyasi humanitar məsələlər şöbəsində dəyişiklik ola bilər. Buna səbəb kimi Eldar Əzizovun Səbayıl rayon İcra Hakimiyyətindəki köhnə kadrını yanına gətirməsi iddia olunur.

Modern.az səslənən iddialara cavab öyrənməyə çalışıb.

Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov saytımıza açıqlamasında iddiaların əsassız olduğunu deyib.

“Bakı şəhər İcra Hakimiyyətininin həm ictimai-siyasi və humanitar məsələlər şöbəsi, həm də mətbuat xidməti yerindədir. Həmçinin, mən də öz iş yerimdə, Səbail Rayon İcra Hakimiyyətindəyəm”.

İsrafil Kərimov Bakı şəhər İcra Hakimiyyətində kadr dəyişiklikləri məsələsinə də münasibət bildirib.

“Hələ heç bir yenilik yoxdur. Bakı şəhər icra hakimiyyətində nə kimsə işindən azad olunub, nə də kimsə işə götürülüb. Hamı köhnə qaydada işinin başındadır”.
Xəbəriniz olsun

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

17.10.2018 - AKP mətbuat katibi Səudiyyə Ərəbistanı konsulunun Türkiyəni tərk etməsi barədə

17.10.2018 - Trampın müşaviri İlham Əliyevlə Bakıda nədən danışacaq? - Pərdəarxası...

16.10.2018 - Təhsildə imtahan oyunu: Ceyhun Bayramov müəllim üsyanı yetişdirir?

16.10.2018 - Paşinyan istefa verdi və...üzr istədi

Facebook