“Nar” müştəri loyallığı indeksinə görə liderdir

13 avqust 2018
“Nar” müştəri loyallığı indeksinə görə liderdir
Müstəqil araşdırma şirkətləri tərəfindən keçirilmiş araşdırmaların/sorğuların nəticələrinə əsasən, “Nar” mobil operatorunun müxtəlif parametrlər üzrə müştəri loyallığı indeksində əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Həyata keçirilmiş NPS (Net Promoter Score) göstəricisi və “Brand Tracking” araşdırmalarına görə, “Nar” mobil internet istifadəçilərinin sayındakı artım tempi üzrə mobil rabitə bazarında yüksək nəticəyə nail olub.

Beynəlxalq şirkət tərəfindən aparılmış araşdırmanın nəticələrinə əsasən, “Nar”-ın müştəri loyallığı indeksində il ərzində 5,3% artım müşahidə edilib. Sorğuya əsasən, mobil şəbəkənin keyfiyyəti, müştərilərin şəbəkəni öz dost və ailə üzvləri arasında istifadə etməsi, eləcə də sərfəli tarif və qiymətlər sözügedən göstəricidəki artımın əsas səbəbləridir. Bundan başqa, “Nar” səsin keyfiyyəti, müştəri xidmətləri, genişləndirilmiş telekommunikasiya xidmətləri, zəng xidməti üzrə müştəri məmnuniyyəti göstəriciləri və əlverişlilik üzrə yüksək nəticə göstərib.

Digər müstəqil şirkət tərəfindən həyata keçirilmiş “Brand Tracking” araşdırmasına əsasən, “Nar” abunəçilərinin 66%-i mobil operatorun qiymətlərinin daha sərfəli olduğunu düşünür ki, bu da müştəri qrupları (digər operatorların abunəçiləri ilə müqayisədə) arasında ən yüksək nəticədir. Abunəçilərin 84%-i isə “Nar” şəbəkəsinin gələcəkdə istifadə edilə biləcək yeganə şəbəkə olduğu qənaətindədir. Bu rəqəm də mövcüd operatorların abunəçilərindən ibarət respondent qrupları arasında ən yüksək göstəricidir. Əlavə olaraq, “Nar” brend potensialı indeksi (BPI) il ərzində 4%, loyallıq indeksi isə 7% artıb.

Operator mobil internet istifadəçilərinin sayında nəzərəçarpacaq artıma bütün ölkə ərazisi boyunca genişləndirilmiş 3G, 4G və LTE-A şəbəkəsi ilə yanaşı, abunəçilərə sərfəli qiymətə yüksəkkeyfiyyətli mobil internet paketlərini təqdim etməklə müvəffəq olub.

Qeyd edək ki, 2017-ci ilin 2-ci rübündə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testləri nəticəsində də “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olmuşdu. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanmışdı.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.
Xəbəriniz olsun

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

18.11.2018 - Türkiyə hərbçiləri İraqın şimalında terrorçuları məhv etdilər

18.11.2018 - İcra başçısına 70 min rüşvət verən şəxs danışdı: "İsmayıl Vəliyevin imzası ilə..."

18.11.2018 - "Əli Kərimli və AXCP üzvlərinin işi məhkəməyə göndəriləcək" - Paytaxt polisi rəsmi məlumat yaydı

Facebook