"“Qarabağ”ın ilk dəqiqələrdən yüksək templə çıxış edəcəyini gözləyirik” - BATE-nin Baş məşqçisi

13 avqust 2018
"“Qarabağ”ın ilk dəqiqələrdən yüksək templə çıxış edəcəyini gözləyirik” - BATE-nin Baş məşqçisi"Onlar qol vurmalıdırlar. "Qarabağ” hücumda yaxşı legionerləri olan usta komandadır. Rəqibin ilk dəqiqələrdən yüksək templə çıxış edəcəyini gözləyirik”.

"Report”un məlumatına görə, bunu Belarusun BATE komandasının baş məşqçisi Aleksey Baqa UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ”la cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

37 yaşlı mütəxəssis evdə keçirəcəkləri qarşılaşma ərəfəsində heyətdəki itkilərdən də söz açıb. O, bildirib ki, Nikola Vasileviç və Slobodan Simoviç ciddi zədədən sonra cavab qarşılaşmasına hazırlaşmırlar: "Digərləri isə məşq edirlər. Əlbəttə, səfərdə çox çətin oyun keçirdik. Ona görə də bəzi futbolçularda xırda xəsarətlər var. Lakin bu, uşaqların oynamasına mane olmayacaq”.

Baş məşqçi Mixail Qordeyçukun da durumuna aydınlıq gətirib. O, 28 yaşlı hücumçuya tam olaraq ümid edə bilmədiklərini gizlətməyib: "Zədə ona məşq etməyə imkan versə də, ağrıları var. Məhz bu səbəbdən, ona yüz faiz ümid edə bilmərik. Qordeyçuk qəhrəmanlıq göstərib həkimlərin icazəsi ilə meydana çıxa bilər. Amma biz insanın sağlamlığı ilə risk edə bilmərik. O, hazırlaşır. Oyun saatında durumuna baxacağıq”.

Qeyd edək ki, avqustun 14-də keçiriləcək BATE – "Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Belarus təmsilçisi ilk matçda Bakıda qalib gəlib – 1:0.
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook