“Azercell”də gün - gündən yeniləşən maxinasiya və ya qəpiklərin üstündə qurulan səltənət

15 avqust 2018
“Azercell”də gün - gündən yeniləşən maxinasiya və ya qəpiklərin üstündə qurulan səltənət
Savash.org-a Azercell abunəçiləri tərəfindən şikayətlər daxil olmaqdadır. Şikayətçilərin çoxu bu mobil operatorun cürbəcür üsullarla dələduzluq edərək istifadəçilərin cibinə girdiyini qeyd edir. Abunəçilərin biri Azercelldəki “xəbər ver” xidmətindən danışaraq bildirib ki, bu xidmətə necə qoşulmasından xəbəri belə olmayıb. Sadəcə hər ay 60 80 nömrəsindən ona belə məzmunlu mesaj gəlir: “Xəbər ver xidməti uğurla yeniləndi, aylıq abunəlik 10 qəpik”. Şikayətçi bildirir ki, indiyə qədər hər ay 10 qəpik ödəməsinə baxmayaraq, bu xidmətin nəyə xidmət etdiyini hələ də anlamış deyil.
Bəli, ilk baxışda sadə görünə bilər, heç kəs ayda 10 qəpik üçün narazılıq etməyə qalxmır, lLakin həmin 10 qəpiyi Azercell istifadəçilərin ümumi sayına vuranda rəqəm nə boyda şişdiyini təsəvvür edəndə mənzərə aydınlaşır.
Ən əsası isə odur ki, bu tip “xidmətlər” get-gedə təkmilləşir, ölkənim ən brend mobil operatoru istifadəçilərinə daha gözəl həyat bəxş etməyə çalışmaq əvəzinə onları daha məharətlə aldatmaq yolunu tutub. Hətta yalnışlıqla əli telefona dəyən adam belə pul itirir. Çünki hətta 50 saniyəyə görə də azercell abunəçisinin balansından 9 qəpik, yəni bir dəqiqənin pulu çıxılır. Hələ onu demirik ki, . "Azercell"in özünün müəyyən etdiyi qiymətdə şəbəkədaxili danışıq tarifi 7 qəpik müəyyənləşib.
Ən sadə hesablama və bir neçə saatlıq müşahidə aparmaqla biz bu soyğunçuluqla qəpik-quruş üstündə qurulmuş səltənəti daha aydın görə bilərik.
Başqa bir fakt: Bu mobil operator şirkəti özünün bazardakı hökmran mövqeyindən sui-istifadə edərək, mobil internet xidməti adı altında yüksək tariflər tətbiq edərək abonentlərini soymaqla məşğuldurlar. Dünyanın əksər ölkələrində internet xidmətlərinin tarifləri sürətlə ucuzlaşdığı halda, Azərcell bazardakı oliqopol mövqeyindən yararlanaraq mobil internet tariflərini yüksək saxlayaraq abonentlərinə artıq xərc yazmaqla məşğuldurlar.
Hələlik bu mobil operatorla bağlı neqativ halların cüzi hissəsi haqda yazdıq. Redaksiyamıza daxil olan şikayətlərin çoxluğunu və şikayətlərin rəngarəngliyini nəzərə alaraq mövzunu davam etdirəcəyik.
Bu problemin təkcə sözügedən şikayətçilərə deyil, Azərcellin çoxsaylı abunəçilərinə aidiyyatı olduğunu nəzərə alaraq onu ictimailəşdirməyi məqsədə müvafiq hesab edirik. Növbəti addım bununla bağlı geniş müzakirənin təşkili ola bilər.
Orxan
Savash.org
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook