Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18 avqust 2018
Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…Fikir var ki, qadınlar monoqamdırlar, (tək partnyorluluğu sevən insan) amma kişilər təbiətcə müxtəlifliyin tərəfdarıdır. Lakin çoxərliliklə bağlı qədimdə olan, eyni zamanda hazırda da dünyanın bəzi yerlərində yaşayan ənənə bu fikirləri alt-üst edir.

Savash.org Publika.az-a istinadən bu baxımdan maraqlı faktları diqqətinizə çatdırır. Məsələn, Tibetdə qızı eyni vaxtda bir ailənin bütün qardaşlarına ərə vermək normal qəbul olunan hallardandır. Belə qeyri-adi münasibətlər maddi rifahın təminatçısıdır, çünki oğlan evinin əmlak bölgüsü kimi bir problemi qalmır yaxud qazanılan vəsait eyni nəsilin tərkibində dövr edir, bir ailəyə xərclənir.

Əlbəttə ki, bizim üçün Tibetin poliqamik (çoxərli yaxud çoxarvadlı ailə) ailələri xeyli təəccüb doğurur. Oturuşmuş ənənəyə görə ailənin böyük oğlu özünə arvad seçir və kiçik qardaşları da qeyri-ixtiyari olaraq bu arvadın əri olurlar. Əlbəttə ki, qadın üçün ərlərin çox olması böyük uğur sayılır, çünki bu, o deməkdir ki, qızın ailəsi zəngin olacaq. Əgər bir kişi öz həyatını başqa bir qadına həsr etmək istəyərsə, hansısa bir səbəbdən ümumi arvadı qəbul etməzsə, o zaman o, payına düşən öz şəxsi əmlakından tamamilə imtina etməlidir.

Qadınları isə, bu münasibətlər modeli tam qane edir. Arvad ərlərinin hər birinə müxtəlif hisslər bəsləyir, kişilər isə ona yarınmaq üçün çalışır. Hansı kişi ailə rifahı naminə daha çox çalışarsa, onun “sevimli” statusunda olmaq şansı daha böyükdür. Əgər hər hansı bir ər ümumi rifah naminə səy göstərməzsə, bu zaman arvad, hətta onu evdən qova da bilər. Düzdür, bunun üçün əvvəlcədən qayınanası ilə söhbət baş tutmalıdır, bəlkə “fərsiz oğul”un anası gəlindən xahiş edəcək ki, onu bağışlasın.

Ər-arvad “borcu”na gəldikdə isə, burada da çox vaxt, seçim məhz qadına aiddir: arvad qardaşlarının hər biri ilə vaxt keçirir, amma bəzən kim ona daha sevimlidirsə, daha çox onu seçir. Belə ailələrdə dünyaya gələn uşaqların tərbiyə və ehtiyaclarında ailə ümumi olaraq iştirak edir, lakin məhz böyük qardaş, hansı ki, arvadı da o seçir, bütün uşaqların atası sayılır. Hallar məlumdur ki, kiçik qardaşlar özlərinə gizli həyat yoldaşı (əslində, məşuqə) tapırlar, lakin onlardan doğulan uşaqlar hüquqsuz hesab olunur. Və bir qayda olaraq, məşuqələrə uşaq böyütməkdə heç bir kömək etmirlər. Ən qəribəsi isə budur ki, bəzən belə poliqamik ailələrdə ərlərdən biri “yad adam” ola bilər. Belə ki, o, nəsildə kişilərin tibbi baxımdan uşaq yapmaq potensialı yoxdur, amma varis də lazımdır, bu zaman ittifaqa “yad adam” daxil olur və qadın hamilə qalır.

Tibetdə qız öz sevgi macəraları ilə fəxr edir. Pərəstişkar ərləri onlara xüsusi diqqət göstərirlər.
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook