Azərbaycanda it dişlədi, iş dalınca getdiyi Türkiyədə öldü: 2 uşaq atasının dramı...

21 avqust 2018
Azərbaycanda it dişlədi, iş dalınca getdiyi Türkiyədə öldü: 2 uşaq atasının dramı...
Azərbaycandan Türkiyəyə pomidor tarlasında mövsümi işçi olaraq işləməyə gedən 42 yaşlı Rauf Əhmədov quduzluqdan ölüb. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı bir neçə gündür saxlanıldığı Balıkesir xəstəxanasında həyatını itirib. Onu Türkiyəyə getməzdən əvvəl Azərbaycanda it dişlədiyi məlum olub.

Xəbərə görə 2 uşaq atası Rauf Əhmədov təxminən 3 ay əvvəl Azərbaycandan Türkiyənin Çanakkala bölgəsinə, Bayramiç qəsəbəsinə qohumlarının yanına gedib və orada pomidor tarlalarında mövsümi işçi kimi çalışmağa başlayıb. Avqustun 12-də o, baş ağrısı və qollarında uyuşma səbəbindən Bayramiç Dövlət Xəstəxanasının təcili yardım xidmətinə müraciət edib. Orada müayinə zamanı ağrıları daha da artan Rauf Əhmədovu Çanakkala Mehmet Akif Ersoy Dövlət Xəstəxanasına aparıblar.

Xəstəxanada müayinələrdən sonra Əhmədova quduzluq diaqnozu qoyulub. O, avqustun 18-də Balıkesir Atatürk Şəhər Xəstəxanasına köçürülüb və orada qarantində saxlanılıb. Rauf Əhmədovu bundan əvvəlki xəstəxanada müayinə edən tibb personalı və onunla təmasda olmuş digər şəxslərə isə quduzluq əleyhinə vaksin vurulub.

Balıkesir xəstəxanasında 4 gün qarantində saxlanılan Rauf Əhmədov bu gün keçinib. Onun cənazəsini Azərbaycana göndərəcəklər.

Əhmədovu Azərbaycanda hansı şəraitdə it dişlədiyi barədə məlumat yoxdur. Quduzluq özünü bir neçə gün sonra, hətta aylar sonra büruzə verə bilir.
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook