Polis hədə-qorxu ilə pul tələb edənləri saxladı

27 avqust 2018
Polis hədə-qorxu ilə pul tələb edənləri saxladı
Quba rayonunda qabaqcadan əlbir olaraq cinayətkar dəstə təşkil etmiş, hədə-qorxu ilə Quba rayon sakini Rasim Neymətovdan pul tələb edərək, onu özünü öldürmə həddinə çatdırmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Quba rayonunda regional qrupundan virtualaz.org-a verilən məlumata görə, hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş Siyəzən rayon sakini Mərifət Quliyev və əvvəllər məhkum olunmuş Xaçmaz şəhər sakini Anar Mövlanov saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Bildirilir ki, saxlanılan zaman Mərifət Quliyevin üzərindən 300 qramdan çox qurudulmuş marixuana aşkar edilib.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

Belə ki, onlar qabaqcadan əlbir olub bir dəstə təşkil etdiklərini və Rasimdən Xaçmaz şəhər sakini Hafiz adlı şəxsə olan 1900 manat borcunun hədə-qorxu gələrək ödənilməsini tələb etdiklərini bildiriblər.

R.Neymətov maddi vəziyyəti yaxşı olmadığından o pulu ödəyə bilməyib, bu zaman isə saxlanılan şəxslər yenidən zərərçəkənə hədə-qorxu gələrək onu özünü oldürmə həddinə çatdırıblar. Nəticədə Rasim Neymətov cari ilin iyun ayında sol qolunun damarlarını kəsərək intihara cəhd edib.

Saxlanılan şəxslərin digər cinayət hadisələrində iştirak edib-etməmələri araşdırılır.

Faktla bağlı cinayət işi açılıb. Cinayətkar dəstənin digər üzvlərinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xəbəriniz olsun

13.11.2018 - Azərbaycana yadplanetlilərin gəmisi enib? - Foto

13.11.2018 - “Azərbaycanda əməkhaqları çox aşağıdır” - Komitə sədrindən gözlənilməz açıqlama

13.11.2018 - Ərdoğan: “Camal Qaşıqçı öldürülən zaman qeydə alınan səs yazıları dəhşətlidir”

13.11.2018 - Cavid Qurbanov “Hafka” və Ziya Məmmədova qarşı - Məhkəmə işi

13.11.2018 - Yarpaq.Az - Ədəbiyyat və Sənət Portalı fəaliyyətə başladı

12.11.2018 - Daxili İşlər Nazirliyi Şabranda ruhi xəstəni döyüb öldürən “cinçıxardanların” fotosunu yaydı

12.11.2018 - Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi Gəncə-Qazax bölgəsində birgə onkoloji skrininq və elmi-praktik ...

12.11.2018 - Akim Bədəlovun Dövlət Agentliyində “alternativsiz” korrupsiya projeləri

12.11.2018 - Binəqədidə İlqar Süleymanov kabusu: müavin başçıya hökm edir?

11.11.2018 - “ZAMİRƏDƏN SONRA HƏDƏF ANAR MƏMMƏDOVDUR” – Sensasiyalı açıqlama

11.11.2018 - Əli Abbasovun oğlu, Etibar Pirverdiyevin isə kürkəninin Londonda villa və şirkəti üzə çıxdı - FOTOLAR

11.11.2018 - Abşeronlu gənclər Bursada bayraq yürüşü keçirdilər - FOTO

10.11.2018 - Ülkü Ocaqları Azərbaycan şöbəsi Bakıda Qazi Atatürkün heykəli qarşısında anım törəni keçirtdilər - FOTO

Facebook