“Qoca”nın öldürüldüyü əməliyyatda iştirak edən polis: “Cavab atəşi açdıq”

27 avqust 2018
“Qoca”nın öldürüldüyü əməliyyatda iştirak edən polis: “Cavab atəşi açdıq”
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçması ilə bağlı təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib.

Savash.org bizimyol.info-ya istinadla xəbər verir ki, təqsirləndirilən şəxslər müğənni Fədayə Laçın da daxil omaqla olmaqla 13 nəfərdir: Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı – qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalov və müğənni Fədayə Laçın.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə polis əməkdaşı Rəşad Məmmədov ifadə verib. Həbsdən qaçan dustaqlardan biri – “Qoca” ləqəbli Etibar Məmmədovun zərərsizləşdirilməsi üçün keçirilən əməliyyatda iştirak edən polis əməkdaşlarından biri olan R.Məmmədov bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.

O bildirib ki, Etibar Məmmədovu Nəvai postundan üzü Bakı istiqamətində gələrkən saxlamaq üçün əməliyyat keçiriblər. Polis əməkdaşı söyləyib ki, Etibar Məmmədov və yanında olan iki nəfər polisin əmrinə tabe olmadıqları üçün onlara atəş açıblar.

Prosesdə daha bir polis əməkdaşı – Ramil Səlimov da ifadə verib. O bildirib ki, əməliyyat zamanı o, öz şəxsi avtomobili ilə orada olsa da, maşınına heç bir zərər dəyməyib.

Əməliyyatla bağlı suallara cavab verən R.Səlimov şübhəli şəxslərin polisin əmrinə tabe olmadıqlarını, müqavimət göstərərək atəş açdıqlarını deyib: “Qapı bağlı idi. Bizə atəş açılandan sonra cavab atəşi açdıq. Mən yaxınlaşıb qapını açdım. Etibar özünə xəsarət yetirmişdi”.

Prosesində zərərçəkmiş kimi tanınan digər polis əməkdaşlarının da ifadələrində qeyd edilib ki, Etibar Məmmədov polis əməkdaşlarına atəş açdıqdan sonra təslim olmamaq üçün bıçaqla bədəninə xəsarət yetirib. Polis əməkdaşları təqsirləndirilən şəxslərə qarşı şikayət və tələblərinin olmadıqlarını bildiriblər.

Dustaqlar qaçan zaman qatarda xidmətdə olan konvoy əməkdaşlarından biri olan Elvin Namazov şahid ifadəsində deyib ki, həmin dustaqlara nəzarət etməyib, sadəcə qarovul xidmətində olub. O, qatardan qaçan dustaqlar Əli Ağami və “Qoca”nı bir neçə dəfə qarovul rəisinin otağında gördüyünü söyləyib.

Elvin Namazovun istintaqda verdiyi ifadəsi ilə indiki ifadəsinşarasında ziddiyyətlərlər yaranıb. O ilkin ifadəsində qarovul rəisinin Əli Ağami və “Qoca”dan pul alaraq onlara müəyyən imtiyazlar yaratdığını deyib.

E.Namazov istintaqa ifadəsini təsdiqləməyib və həmin fikirlərin ifadə alan müstəntiqə aid olduğunu bildirib:

Müstəntiq dedi ki, orada dustaqlardan pul alıblar. Mən də görmədiyimi dedim”.

Həmçinin məlum olub ki, E.Namazov istintaqda Fədayə Laçının qatarda “Qoca” ilə Əli Ağaminin şəklini çəkdiyini də deyib. E.Namazov bu ifadəsini də təsdiqləməyib və Fədayə Laçını yalnız müğənni kimi efirlərdə gördüyünü qeyd edib.
Proses davam edəcək.

Cinayət işi üzrə 13 nəfər təqsirli bilinir və 1 nəfər barəsində isə axtarış elan olunub.İttiham aktına əsasən, 7 nəfər – Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.

Ədliyyə Nazirliyi və Baş Prokurorluq Penitensiar xidmət əməkdaşlarının həbs olunması ilə bağlı birgə məlumat yayıb. Belə ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən dərhal Əməliyyat Qərargahı yaradılaraq həbsdən qaçmış şəxslərin digər hüquq-mühafizə orqanları ilə əlaqəli surətdə axtarışı və yaxalanması üzrə bütün zəruri tədbirlər görülür. Hadisənin baş verməsini yaradan şərait və səbəblərin araşdırılması üçün hərtərəfli prinsipial xidməti yoxlama aparılıb.

Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən, vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Bundan əlavə, həbs edilmiş şəxslərin vaqonda müşayiətini bilavasitə təmin edən qarovul rəisi Ceyhun Səmədov və digər 7 əməkdaş ədliyyə orqanlarından xaric edilib, Penitensiar xidmətin bir çox digər aidiyyəti məsul işçiləri ciddi intizam məsuliyyətinə cəlb olunublar.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin istintaqla müəyyən edilib ki, qarovul heyəti tərəfindən həbs edilmiş şəxslərin etapı zamanı E.Məmmədov və Ə.Ağamiyə münasibətdə “Həbs edilmiş şəxslərin müşayiət edilməsinə dair Qaydalar”ın tələblərinə riayət olunmayıb və bu da fövqəladə hadisə – təqsirləndirilən şəxslərin həbsdən qaçmağı ilə nəticələnib.

Bununla əlaqədar qarovul rəisi C.Səmədov, qarovul rəisinin köməkçiləri Fuad Hacıyev və Tural Platxanov Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulan əmələ görə cinayət məsuliyyətinə cəlb olunub və barələrində həbs qətimkan tədbiri seçilib.

Məhbusların qaçmasına yardım etməkdə təqsirləndirilən müğənni Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Mühafizə altından qaçan Ə.Ağami həbs olunub, E.Məmmədov isə əməliyyat zamanı öldürülüb.

Rəşad VAQİFOĞLU
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook