Şəhriyar Məmmədyarovun atası: O, kimlərəsə yalvarmaq istəmir

27 avqust 2018
Şəhriyar Məmmədyarovun atası: O, kimlərəsə yalvarmaq istəmir
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun sponsorsuzluqdan gileylənməsi barədə xəbər vermişdik.

Oxu.Az bu məsələ ilə bağlı qrossmeysterin atası Həmid Məmmədyarovla əlaqə saxlayıb. O da biznesmenlərin Azərbaycanı xaricdə layiqincə təmsil edən şahmatçımıza qarşı biganəliyindən danışıb:

“Turnirlərə gedəndə çox xərci özü çəkir. Özü kimlərəsə ağız açmaq, yalvarmaq istəmir. Vətənpərvər bir insan tapılmır ki, onun xərclərini öz üzərinə götürsün. Ümumi götürdükdə, onunla yarışan elit şahmatçılara öz ölkələrində daha çox qayğı var. Bizdə gərək kiməsə ölkə rəhbərliyi tərəfindən göstəriş verilsin. Heç kim könüllü şəkildə yardım etmək istəmir.

Şəxsən ölkə başçısı şahmata diqqət ayırır. Avropa çempionatından sonra şahmatçıları qəbul etməsi və onları mükafatlandırması buna bariz nümunədir. Amma tək onunla iş bitmir axı. Gərək digər insanlar, biznesmenlər də qeyrətə gəlsin.

Əslində, bu pulu Gənclər və İdman Nazirliyindən xahiş etsək, almaq olar. Amma bu məsələ vaxt apardığı üçün oraya müraciət etmirik. Nazirlik dünya və Avropa çempionatında ezamiyyə xərclərini çəkir. Təsəvvür edin ki, o pul olmasa, ümumiyyətlə, vəziyyət pis olar.

Elə vaxt olur ki, xərcləri təşkilatçılar ödəyir. Elə vaxt isə olur ki, özümüz ödəməli oluruq. İndi ABŞ-da iştirak etdiyi turnir şahmatçıların xərcini ödəmir. Təyyarə, məskunlaşma, qidalanma xərclərini şahmatçılar özləri çəkir.

Təşkilatçılar deyir ki, bizim mükafat fondumuz bu qədərdir (mükafat fondu 300 min dollardır – S.M.), iştirak et, pulunu al. Həmçinin Şəhriyar özü ilə kömək məqsədilə millidəki komanda yoldaşı Rauf Məmmədovu da aparıb. Onun da xərcini Şəhriyar çəkir”.

Həmid Məmmədyarov Şəhriyara ölkə xaricindən vətəndaşlığını dəyişməklə bağlı çoxlu təkliflər gəldiyini, ancaq qəbul etmədiyini də dilə gətirib:

“Federasiyada Şəhriyarın maaşı kapitan kimi iki min manatdır. Teymur Rəcəbov da bu qədər maaş alır. Qızım Zeynəb Məmmədyarovada yeddi yüz manatdır. Amma həmişə avqustun 6-da maaş alırdılar. Bu ay onu da almayıblar. Orada federasiya vitse-prezidenti Mahir Məmmədova böyük “sağ ol” düşür. Ona müraciət olunanda, əlindən gələn köməyi etməyə çalışır.

Şəhriyara Rusiya, ABŞ, Türkiyə kimi ölkələrdən çoxlu dəvətlər gəlib. Amma o, Ramil Quliyev kimi etmək istəməyib. İstəyir ki, Azərbaycan adından çıxış edib, ölkənin reytinqini qaldırsın”.
Xəbəriniz olsun

13.11.2018 - Azərbaycana yadplanetlilərin gəmisi enib? - Foto

13.11.2018 - “Azərbaycanda əməkhaqları çox aşağıdır” - Komitə sədrindən gözlənilməz açıqlama

13.11.2018 - Ərdoğan: “Camal Qaşıqçı öldürülən zaman qeydə alınan səs yazıları dəhşətlidir”

13.11.2018 - Cavid Qurbanov “Hafka” və Ziya Məmmədova qarşı - Məhkəmə işi

13.11.2018 - Yarpaq.Az - Ədəbiyyat və Sənət Portalı fəaliyyətə başladı

12.11.2018 - Daxili İşlər Nazirliyi Şabranda ruhi xəstəni döyüb öldürən “cinçıxardanların” fotosunu yaydı

12.11.2018 - Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi Gəncə-Qazax bölgəsində birgə onkoloji skrininq və elmi-praktik ...

12.11.2018 - Akim Bədəlovun Dövlət Agentliyində “alternativsiz” korrupsiya projeləri

12.11.2018 - Binəqədidə İlqar Süleymanov kabusu: müavin başçıya hökm edir?

11.11.2018 - “ZAMİRƏDƏN SONRA HƏDƏF ANAR MƏMMƏDOVDUR” – Sensasiyalı açıqlama

11.11.2018 - Əli Abbasovun oğlu, Etibar Pirverdiyevin isə kürkəninin Londonda villa və şirkəti üzə çıxdı - FOTOLAR

11.11.2018 - Abşeronlu gənclər Bursada bayraq yürüşü keçirdilər - FOTO

10.11.2018 - Ülkü Ocaqları Azərbaycan şöbəsi Bakıda Qazi Atatürkün heykəli qarşısında anım törəni keçirtdilər - FOTO

Facebook