Federasiyadan Şəhriyar Məmmədyarov açıqlaması: "Dəfələrlə ona və ailəsinə mükafatlar və mənzillər verilib"

27 avqust 2018
Federasiyadan Şəhriyar Məmmədyarov açıqlaması: "Dəfələrlə ona və ailəsinə mükafatlar və mənzillər verilib"Xəbər verdiyimiz kimi, azərbaycanlı qrossmeyster, beynəlxalq turnirlərdə tarixi qələbələrə imza atan Şəhriyar Məmmədyarov sponsorsuzluqdan gileylənib. O, ard-arda yarışlara çıxmasının düzgün olmadığını vurğulasa da, bunu pul üçün etdiyini etiraf edib. O, bu cür məsələlərə görə, şahmatdan bezdiyini də bildirib. Azərbaycan şahmatının "Şah”ı beynəlxalq yarışlara öz hesabına getdiyini deyib.

Savash.org xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Unikal.org-a açıqlama verib. Bildirib ki, o, bugünə qədər heç bir yarışa öz hesabına getməyib:

"Şəhriyar Məmmədyarov hazırda çox ağır bir turnirdə oynayır. Bu ağır turnir yəqin ki, onun əhval-ruhiyyəsinə öz təsirini göstərir. O, heç bir turnirə öz hesabına getmir və hazırda onun ən böyük sponsoru Azərbaycan dövlətidir.

Əgər onun qatıldığı turnir yığma komandaya aiddirsə, federasiya tərəfindən, əks halda klubdursa, qatıldığı yarış həmin təşkilat tərəfindən maliyyələşdirilir. Əgər super turnirdirsə, öz şəxsi statusuna müvafiq olaraq turnir təşkilatçıları tərəfindən maliyyələşdirilir və ona həm yol, həm də qalmaq pulu ödənilir.
Ola bilsin ki, Şəhriyar Məmmədyarov onunla gedən şəxsi məşqçisinə öz pulundan xərcləsin.

Mən də istəyərdim onun şəxsi sponsoru olsun. Hazırda onun bir sponsoru var - Azərbaycan dövləti.... Ş.Məmmədyarov öz yüksək statusuna görə bundan da yüksəklərə layiqdir. Azərbaycan tarixində bu cür şahmatçı olmayıb. Yaxın gələcəkdə də olacağını düşünmürəm.

Bizim ümidimiz var idi ki, Teymur Rəcəbov öz yüksək statusunu saxlayacaq. Əfsuslar olsun ki, onun nəticələri istədiyimiz qədər yüksək deyil.
Ş.Məmmədyarov hər cür dəstəyə, sponsora layiq adamdır. Ona ölkə başçısı, federasiyamızın rəhbəri, Gənclər və İdman Nazirliyi tərəfindən daim dəstək göstərilir. Dəfələrlə Məmmədyarov və ailəsinə dövlət tərəfindən mükafatlar və mənzillər verilib".
Xəbəriniz olsun

13.11.2018 - Azərbaycana yadplanetlilərin gəmisi enib? - Foto

13.11.2018 - “Azərbaycanda əməkhaqları çox aşağıdır” - Komitə sədrindən gözlənilməz açıqlama

13.11.2018 - Ərdoğan: “Camal Qaşıqçı öldürülən zaman qeydə alınan səs yazıları dəhşətlidir”

13.11.2018 - Cavid Qurbanov “Hafka” və Ziya Məmmədova qarşı - Məhkəmə işi

13.11.2018 - Yarpaq.Az - Ədəbiyyat və Sənət Portalı fəaliyyətə başladı

12.11.2018 - Daxili İşlər Nazirliyi Şabranda ruhi xəstəni döyüb öldürən “cinçıxardanların” fotosunu yaydı

12.11.2018 - Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi Gəncə-Qazax bölgəsində birgə onkoloji skrininq və elmi-praktik ...

12.11.2018 - Akim Bədəlovun Dövlət Agentliyində “alternativsiz” korrupsiya projeləri

12.11.2018 - Binəqədidə İlqar Süleymanov kabusu: müavin başçıya hökm edir?

11.11.2018 - “ZAMİRƏDƏN SONRA HƏDƏF ANAR MƏMMƏDOVDUR” – Sensasiyalı açıqlama

11.11.2018 - Əli Abbasovun oğlu, Etibar Pirverdiyevin isə kürkəninin Londonda villa və şirkəti üzə çıxdı - FOTOLAR

11.11.2018 - Abşeronlu gənclər Bursada bayraq yürüşü keçirdilər - FOTO

10.11.2018 - Ülkü Ocaqları Azərbaycan şöbəsi Bakıda Qazi Atatürkün heykəli qarşısında anım törəni keçirtdilər - FOTO

Facebook