BAŞ BROKER Əbülfəz Məlikovun adı valyuta qaçaqmalçılığında

27 avqust 2018
BAŞ BROKER Əbülfəz Məlikovun adı valyuta qaçaqmalçılığında
Neçə müddətdir ki, olaraq "TransBroker" MMC-nin rəhbəri olmuş Əbülfəz Məlikovla bağlı ilginc faktları təqdim edirik. Qeyd edək ki, əslində bu faktların ən xırda detalı ilə bağlı hüquqi araşdırma aparılarsa, Əbülfəz Məlikov üçün çox kritik mərhələ başlamış olar. Nəinki Əbülfəz Məlikov, onun arxasında dayananlar üçün belə...

Daxil olan son məlumatlarda isə aydın olur ki, hazırda qardaş Türkiyədə yaşanan dollar böhranı Əbülfəz Məlikov üçün xüsusi fürsətə çevrilib. Məlumatlı mənbə iddia edir ki, Məlikov cənabları qardaş Türkiyədə baş verənləri bütün Azərbaycan xalqının narahatlıqla izlədiyi bir ərəfədə belə pul qazanmaq sevdasına düşüb.

Məlumatlı mənbə açıqlamasında iddia edir ki, Əbülfəz Məlikov təkcə son üç gün ərzində Türkiyədə bahalı alış-verişlər edib və bu məqsədlə ölkədən 16 milyon dollara yaxın pulu qeyri-qanuni yollarla, özünün gömrükdəki əlaqaləri hesabına çıxarıb.

Mənbə iddia edir ki, bu işi isə Anar Allahverdiyev həyata keçirib. Qeyd edək ki, əslən Şamaxı rayonundan olan Anar Allahverdiyev "TransBroker" MMC-nin rəhbəri Əbülfəz Məlikovun xalası oğludur. Onun "Broker" MMC-nin "kassiri" və Əbülfəz Məlikovun ən etibarlı, inamlı adamı olduğu bildirilir. Anar Allahverdiyevin "TransBroker" MMC-nin hesabına milyonlarla manat dəyərində mal-mülkə sahib olması və əldə etdiyi pullarını istədiyi kimi, əsl Ərəb şahzadələri kimi xərclədiyini demək olar.

Anar Allahverdiyevin tez-tez ABŞ-a səfər etdiyi və Lon Anclesdə Əbülfəz Məlikovun "bəzi işlərini" gördüyü deyilir. İddiaya görə, o, Amerikada Əbülfəz Məlikova məxsus çirkli pulların yuyulması və başqa ölkələrə gizli investisya qoyulması prosesində də iştirak edib.

İndi isə aydın olur ki, xalasıoğlu Əbülfəz Məlikovun yenə də işinə yarayıb. Dia.az-a verilən məlumata görə, Məlikov cənabları 16 milyon dollar pulu əsas olaraq daşınmaz əmlak sahəsinə yatırıb. Bu isə o deməkdir ki, keçmiş baş brokerimiz təkcə 2-3 günün içində pullarını ikiyə qatlamağa müvəffəq olub. Nə deyirik, bazar olsun...

Əlavə bilgilərimiz olacaq. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


İSTİNAD: Azərinfo.az
Xəbəriniz olsun

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

06.12.2018 - Eks-nazir qardaşından şok addım - Girov saxlayıb, hədə-qorxu ilə 140 min alıb

06.12.2018 - Əhməd Əhmədzadənin “EVRASCON”-la müdhiş işbirliyi - İTTİHAM

Facebook