“Mənə çörək verirdilər, niyə oranı yandırım ki?”

29 avqust 2018
“Mənə çörək verirdilər, niyə oranı yandırım ki?”
Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin yanğın təhlükəsizliyinə cavabdeh Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə baxış iclası baş tutub.

M. Abdullayevin vəkili Ceyhun Yusifov qeyd edib ki, 2011-ci ildə Narkoloji Mərkəzin binasının istismara yararsız olması barədə akt imzalanıb.

Prokuror çıxış edərək ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər özlərini günahkar bilmədiklərini deyiblər.

Məhəmməd Məmmədov məhkəmədə ifadə verərək Mərkəzdə yanğını törətmədiyini deyib: "Martın 1-i səhər tibb bacısı Şəlalə xanım mənə dedi ki, sənin müalicə vaxtın uzadılıb. Mən dedim nəyə analiz verirəm, onsuz da eyni şeyi yazırsız. Başqa heç nə deməmişəm. Amma Şəlalə xanım deyib ki, mən oranı yandıracağımı demişəm. Mən belə söz deməmişəm. Məni Mərkəzə zorla aparırdılar, evdə yatırdım, ailəm zəng edirdi, yatdığım yerdə gəlib məni aparırdılar. Evdə iynə vururdular, gözümü açırdım ki, xəstəxanadayam. Özüm orada "svarşik", santexnik işləyirdim, çarpayıları düzəldirdim. Yanğın vaxtı da hamı kimi mən də canımı götürüb qaçmışam. Onlar mənə çörək verirdi, niyə oranı yandırım ki?”

Proses sentyabrın 4-də davam etdiriləcək.

Qeyd edək ki, yanğın nəticəsində 25 nəfər xəstə ölüb, 29 nəfər xəsarət alıb.

Murad Əhməd
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook