“Şerif”in baş məşqçisi: “Çətin olacaq...”

30 avqust 2018
“Şerif”in baş məşqçisi: “Çətin olacaq...”
“İlk matçdakı nəticə qrupa düşmək üçün bizə şans verir. Çətin olacaq. “Qarabağ”ın güclü olduğunu başa düşürük. Evdə oynayırlar. Rəqib topa nəzarət etməyi xoşlayır. Lakin bizim də ilk oyunla müqayisədə daha yaxşı çıxış edəcəyimizi düşünürəm. Komandamız fiziki cəhətdən daha yaxşı vəziyyətdədir. Rəqibimizi də öyrənmişik.

Bunu Moldovanın “Şerif” komandasının baş məşqçisi Qoran Sabliç “Qarabağ”la Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ərəfəsində Tofiq Bəhramov adına Respublika stadionunda avqustun 29-da təşkil edilən mətbuat konfransında deyib.

Jurnalistlərin suallarını cavablandıran 39 yaşlı mütəxəssis bildirib ki, onlar ötən mövsüm Çempionlar Liqasının qrupunda çıxış edən komandaya qarşı oynayacaqlar: ““Qarabağ” Avropada özünü göstərmiş komandadır. Bu cür rəqibə qarşı tam açıla bilmərik. Öz keyfiyyətlərimizi ortaya qoymağa çalışacağıq. Hər komandanın zəif və güclü tərəfləri var. Hər şeyi sabah görəcəyik. Oyundan aslılıdır. Rəqib təzyiq etsə, müdafiə olunacağıq, imkan düşsə, hücum edəcəyik.

Ötən mövsüm “Şerif”in baş məşqçisi olmuş, indi “Neftçi”yə rəhbərlik edən Roberto Bordindən məsləhət almamışam. “Qarabağ”ın oyunlarına baxmışıq, bu, bizə kifayət edir. Bir neçə futbolçu dəyişsə də, komandada məşqçi əli hiss olunur. “Neftçi” ilə matça da baxmışıq. Səhvləri tapıb, istifadə etməyə çalışacağıq.

Bir sözlə, öz futbolumuzu oynamalıyıq. “Qarabağ” kimi prestijli komandaya qarşı oynamaq bizim üçün stimuldur. Rəqibin heyətində yaxşı fubolçular çoxdur. Məqsədimiz qrupa düşməkdir.

Hərçənd qarşımıza Avropa Liqasının qrupuna düşmək tapşırığı qoyulmayıb. Belə bir məsələ yoxdur. Yəni qrupa düşməsək, qorxulu heç nə yoxdur. Yolumuza davam edəcəyik. İndi bu məsələlər barədə düşünmürük...".
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook