Füzulidə pambıq yığımına start verilib-FOTO

31 avqust 2018
Füzulidə pambıq yığımına start verilib-FOTO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə kənd təsərrüfatının inkişaf etdirilməsi, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarından biri də bölgələrdə pambıqçılığın inkişaf etdirilməsidir. Ölkə başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq bu il Füzuli rayonunda 2100 ha ərazidə pambıq əkilmişdir. Əkilmiş pambıq sahələrinin 630 hektarı Azərpambıq MMC ilə, 1330 hektarı P-Aqro MMC ilə müqavilə əsasında, 139,4 hektarı isə fərdi qaydada əklimişdir.

Rayonun işğaldan azad olunmuş ərazisində əkilmiş pambıq sahələrinə lazımı aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib. Pambıq sahələrinə göstərilmiş lazımi aqrotexniki qulluq nəticəsində tarlalarda bol məhsul yetişdirilib. Artıq Füzuli rayonunda pambıq yığımına start verilib.

Füzulidə pambıq yığımına start verilib-FOTOHavaların əlverişli keçməsi pambıq sahələrindən məhsulun tez və itkisiz yığımasına şərait yaradır. Rayon ərazisində əkilmiş 2100 ha sahədən füzulili pambıq istehsalçıları tərəfindən 4000 tondan artıq məhsul yığılması gözlənilir. Bu da keçən illə müqayisədə 2 dəfə çox məhsul deməkdir. Pambıq əkilmiş sahələrdən hər hektardan orta hesabla 20, 25 sentner məhsul yığılması planlaşdırılır.

Rayonda pambıq əsasən pambıqyığan kombaynlar və əl əməyindən istifadə edilməklə yığılır. İnsanların məşğulluğunun təmin edilməsi, onların maddi rifah hallarının yaxşılaşdırılması üçün daha çox əl əməyinə üstünlük verilir ki, bu işə də minlərlə rayon sakini cəlb edilir.

Rayonun pambıq istehsalçıları yığdıqları məhsulu Horadiz şəhərindəki və Beyləqan rayonunda yerləşən pambıq qəbulu məntəqələrinə təhvil verilrlər.
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook