Prezident dekanı rektor təyin etdi - Yeni rektor kimdir?

31 avqust 2018
Prezident dekanı rektor təyin etdi - Yeni rektor kimdir?
Bu gün Prezident İlham Əliyev daha bir sərəncam verib.

Mia.az bildirir ki, sərəncama əsasən, Elbrus Saleh oğlu İsayev Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edilib.

Qeyd edək ki, yeni rektor indiki vəzifəsinə qədər Naxçıvan Universitetinin İdarəetmə fakültəsinin dekanı olub.

Xatırladaq ki, yeni rektor 1979-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. Orta təhsilini Naxçıvan şəhər 11 saylı orta məktəbdə almışdır.

2000-ci ildə Naxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsinin tarix ixtisasını, 2002-ci ildə isə həmin universitetin Magistratura səviyyəsini fərqlənmə diplomları ilə bitirmişdir.

Heydər Əliyev adına təqaüdə layiq görülmüş, 2001-ci ildə təhsil sahəsindəki uğurlarına görə «İlin ən yaxşı gənci» müsabiqəsinin qalibi olmuşdur.

Elmi-pedaqoji fəaliyyəti

2000-2004-cü illərdə Naxçıvan şəhər 11 saylı orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərmişdir.

Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər kafedrasının dosentidir. 2001-ci ildən Universitet Elmi Şurasının üzvüdür.

2008- 2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanı vəzifəsində çalışmışdır.

2006-cı ildə Böyük İpək yolu və Naxçıvan mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

İctimai fəaliyyəti

1998-2001-ci illərdə Naxçıvan Dövlət Universiteti Gənclər təşkilatının, 2001-2008-ci illərdə isə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində işləmişdir.

2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında «Azərbaycan Respublikasında gənclər siyasəti» proqramı üzrə ixtisasartırma kursu keçmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin İctimai-siyasi şöbəsində redaktor vəzifəsində çalışmış, 50- dən artıq tarixi-siyasi və sənədli televiziya verilişlərinin müəllifidir.

Əsas tədqiqat sahəsi Beynəlxalq mədəni-iqtisadi və diplomatik əlaqələrin tarixidir. 1 monoqrafiya, 1 dərs vəsaiti və 30-dan artıq elmi məqalənin və tədris metodik vəsaitin müəllifidir.

ABŞ, Cənubi Koreya, Malaziya, Almaniya, Rusiya, Gürcüstan, Türkiyə və İranda keçirilən bir sıra beynəlxalq simpozium və konfranslarda iştirak etmiş, ingilis, rus, alman, fars, türk və koreya dillərində elmi əsərləri çap olunmuşdur.

Gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı və həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə Azərbaycan Həmkarlar İttifaqı Komitəsinin yubiley medalı ilə təltif olunmuşdur. Naxçıvan MR Gənclər və İdman Nazirliyinin, Həmkarlar İttifaqı Şurasının fəxri fərman və diplomları ilə təltif olunmuşdur.

Ailəlidir, iki övladı var.
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook