İlqar Məmmədov Əli Əliyevlə görüşdən imtina edib? - Açıqlama

04 sentyabr 2018
İlqar Məmmədov Əli Əliyevlə görüşdən imtina edib? - Açıqlama
REAL Partiyasının sədri İlqar Məmmədovun müxalifətdə olan dostları ilə görüşlər keçirəcəyi istisna edilmir.

Lakin belə iddia var ki, İlqar Məmmədovun Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə münasibətləri heç də ürəkaçan deyil. Belə ki, İlqar Məmmədov həbsdən çıxandan sonra Əli Əliyev onunla görüşmək, ümumi məsələləri müzakirə etmək istəyib. Lakin VİP sədrinin xoşməramlı davranışı qarşı tərəfin ürəyincə olmayıb. Ona görə də İlqar Məmmədov Əli Əliyevlə görüşdən imtina edib. Bu da digər tərəfin hiddətinə səbəb olub.

VİP sədri modern.az-a açıqlamasında məsələnin məğzini bu cür izah edib.

"Tam doğru xəbər deyil. İlqar Məmmədov həbsdən çıxdığı zaman mən Azərbaycanda deyildim. Partiyanın rəhbərliyində olan şəxslərdən biri, ziyarətlərinə münasibətimi soruşduqda, normal olduğunu bildirdim. Yada salım ki, həm İlqar bəy, həm də xanımı Vəfa xanım bizim partiya rəhbərliyinin mütləq əksəriyyətinin şəxsən tanıdığı şəxslərdir. Vaxtilə onların hər ikisi ilə birlikdə fəaliyyət göstəriblər. Burada ziyarət istəyi təbii qarşılanmalıdır. Müraciətlərinə verilən cavabla ölkəyə gəldikdən sonra tanış oldum. İlqar bəyin səhhəti ilə məşğul olduğunu, bir müddətdən sonra görüşəcəklərini bildiriblər. Yəqin belə xəbərləri yayanlar qalmaqal axtarışındadır, ünvanı səhv salıblar”

Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bu il iyunun 29-da Ali Məhkəmənin Plenumu kasasiya və apelyasiya instansiyalarının qərarlarını ləğv edib və işi yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarıb.

Avqustun 13-də məhkəmənin qərarı ilə İlqar Məmmədov şərti azadlığa buraxılıb.
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook